Accessibility links

11 Sentyabr Nyu York şəhərinin gəncləri və yeniyetmələri üçün nə ifadə edir? 


11 Sentyabr Nyu York şəhərinin gəncləri və yeniyetmələri üçün nə ifadə edir?
please wait

No media source currently available

0:00 0:02:45 0:00

11 Sentyabr Nyu York şəhərinin gəncləri və yeniyetmələri üçün nə ifadə edir?

Onlar 11 sentyabr hücumlarını xatırlamaq üçün çox kiçik olub və ya həmin hadisələrdən sonra doğulub. Lakin onların hamısı həmin hadisələrin nəticələri ilə mübarizə aparan bir şəhərdə böyüyüb. 11 Sentyabr Nyu York şəhərinin gəncləri və yeniyetmələri üçün nə ifadə edir?

Noa Rodrigezin o vaxt cəmi 2 yaşı var idi. Lakin o, 11 sentyabr hadisələrini Yer kürəsinin dayandığı, hər kəsin əkiz qüllələrin yandırılmasını seyr etdiyi gün kimi təsəvvür edir. "Bu vacibdir, çünki bunun bir təsviri var və bunun unudulacağını düşünmürəm."

Lakin son dörd ildəki siyasi qarışıqlığı və COVID-19-u yaşadıqdan sonra bu tibb fakültəsinin tələbəsi həmin hücumların bir çox fəlakətli hadisələrdən yalnız biri olduğunu deyir. "11 sentyabr ömrümüz boyu başımıza gələn fəlakətlərdən biridir."

Dünya Ticarət Mərkəzinə edilən hücumlar şübhəsiz ki, Nyu York şəhərini dəyişdirdi. Lakin hücumların 20-ci ildönümü yaxınlaşdıqca 11 sentyabr hadisələri zamanı uşaq olan və ya ondan bir müddət sonra doğulanlar üçün bununla bağlı qeyri müəyyənlik var. "Düşünürəm ki, uşaqların çoxu baş verənləri konseptual olaraq başa düşür və bunun faciə olduğunu başa düşə bilir, lakin bu, bunu yaşamaqla eyni şey deyil" - deyə, Sara Malik bildirir.

16 yaşlı Nyu yorklu Sara Malik üçün 11 sentyabr ikinci qüllələrin yanında işləyən atasının ona danışdığı ikinci dərəcəli bir təcrübədir. Bu, ümumi bir qeyri-müəyyənlikdir.

“Fikrimcə onların çoxu bundan xəbərdar deyıl. Bilmədikləri üçün də, bu onları maraqlandırmır" - deyır Can Mastropolo.

11 Sentyabr xatirəsi muzeyinin işçisi Can Mastropolo gənc nəslin bunu başa düşməsi üçün sağ qalanların hekayələrini dinləməsinə ehtiyac olduğunu deyır. "Yəni, onlara gördüklərimi, yaşadıqlarımı, hiss etdiklərimi söylədiyim zaman"

17 yaşlı Silvana Davi üçün bu gün xüsusi məna kəsb edir. Təyyarələr binaları vuranda anası əkiz qüllələrdə olmalı idi. "Anam oraya getsəydi, mən burada olmazdım."

O, Nyu York şəhərinin yaxınlığında, valideylərini itirən bir çoxlarının yaşadığı kişik şəhərdə yaşayır. Bu yaxınlarda tarix dərsi üçün 11 sentyabr haqda inşa yazıb. Silvana Davi: "Düşünürəm ki, bu heç vaxt unudulmamalıdır və gələcək nəsillər bunu öyrənməlidir. Çünki bu, tariximizin bir hissəsidir”.

Silvana 11 Sentyabr hadisələri ilə əlaqədar xeyriyyə üçün pul da yığır.

Ölkə 11 Sentyabr hadisələrinin 20-ci ildönümünü anarkən, gələcək nəsillər bu hadisələrinin onlar üçün nə demək olduğunu müəyyənləşdirəcək.

XS
SM
MD
LG