Accessibility links

Nyu-Yorkda asiyalı qadına hücum etməkdə şübhəli bilinən şəxs həbs edilib


Nyu-Yorkda asiyalı qadına hücum etməkdə şübhəli bilinən şəxs hücumun video görüntülərinin qınağa səbəb olmasından sonra həbs edilib.

Polis bazar ertəsi Manhettanın mərkəzində qadına hücum edən şəxsin videoda görüntülərdə göstərilən 38 yaşlı Brendon Elliotun olduğunu deyib. Onun hücumun baş verdiyi yerdən bir neçə kvartal məsafədə evsizlər üçün sığınacaq kimi fəaliyyət göstərən oteldə yaşadığı bildirilib.

Elliot 2002-ci ildə 19 yaşında ikən Nyu-Yorkun Bronks məhəlləsində anasını bıçaqlayaraq öldürməkdə günahkar bilinib. O, 2019-cu ildə şərti azadlığa buraxılıb.

Polisin bildirdiyinə görə, Elliot nifrət zəminində hücum və təcavüz cəhdində cinayətlərdə günahlandırılır.

Videodakı qadının Filippindən mühacirət edən 65 yaşlı Vilma Kari olduğu müəyyənləşdirilib.

Polis Kari bazar ertəsi Manhettanın mərkəzindəki kilsəyə gedərkən bir nəfərin onun qarnına təpiklə vurub yerə yıxdığını, ondan sonra isə ayağı ilə onun üzünə basdığını və “sən buraya aid deyilsən” kimi asiyalılar əleyhinə təhqirlər səsləndirdiyini deyib.

Bazar ertəsi edilən hücum Atlanta şəhərində altısı Asiya mənşəli qadınlar olmaaqla, səkkiz nəfərin öldüyü atışma da daxil olmaqla, ölkədə asiyalılar əleyhinə nifrət zəminində olduğundan şübhələnilən cinayətlərindən sonuncusudur.

Son zamanlar asiyalılara qarşı zorakılıqlar davam edən koronavirus pandemiyası ilə bağlı yersiz ittihamlarla əlaqələndirilir.


Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG