Accessibility links

Manhetten balinaları


Manhettan balinaları
please wait
Embed

No media source currently available

0:00 0:02:42 0:00

Nyu-York şəhəri ziyarətçiləri görməli yerləri ilə həmişə cəlb edib. Hazırda buraya gələn turistlərin diqqətini yeni bir şey – balinalar cəlb etməyə başlayıb. Manhettana yaxınlaşan balinaların sayı getdikcə artır. Ətraf mühit üzrə ekspertlər bunun suyun təmizlənməsinə işarə olduğunu deyirlər.

Güman edilməyən qonşuluq – Nyu-Yorkun göydələnləri və nəhəng balinalar. Lakin bu, Manhettenda reallığa çevrilib. Alimlərin dediyinə görə, balinaların Nyu-York sahilinə yüz ildən sonra yenidən qayıtmalarına səbəb suyun təmizlənməsidir.

Onlar buraya bir neçə il əvvəl qayıdaraq, şəhər sakinlərinin və turistlərin diqqətini cəlb etməyə başlayıb. Həmin vaxtdan bəri canlı akvariumun kuratoru Pol Sisverda könüllülərdən ibarət “Gotham Whale” adlı qrup yaradıb. Bu qrup canlılar haqda məlumat toplayır və alimlərə verir. “Biz bunu adı vətəndaşların, yəni hər kəsin yardımı ilə edirik. Balinaların yedizdirmək, yaxud hansısa qanunsuz hərəktlə bağlı şəkillər, sənədlər, yəni hər bir məlumat bizə yardım edə bilər.” - deyə, Pol Sisverda bildirir.

Alimlər həmin məlumatlardan balinaların hansı istiqamətdə hərəkət etdiklərini öyrənmək üçün istifadə edir və onların cəmləşdiyi yerlərdə gəmi və qayıqların ehtiyatlı olmalarına nəzarət edir.

“Amerika şahzadəsi” adlı gəmidəki turistlər balinalara rast gəlməyə və onların şəkillərini çəkməyə ümid edirlər. Yeni çəkilən şəkillər alimlərin qoruyub saxladığı illər əvvəl çəkilən şəkillərlə müqayisə olunur. İndiyə qədər 105-dən çoxu tanınıb.

Ekspertlərin dediyinə görə, bu heyvanları quyruqları və üzgəclərindən tanımaq olur. Onların hər biri barmaq izləri kimi unikaldır. "Gotham Whale" qrupundan Selia Akerman: “Bu balına mənə tanış gəlir, mən onu əvvəllər də görmüşəm. Onlar bu yeri yadlarında saxlayıb və bilirlər ki, burada onlar üçün yemək var, ona görə gəlirlər.”

İnsanların balinalara heyran olmalarına baxmayaraq, ekspertlər onların bu canlılar haqda çox az məlumatları olduğunu deyirlər. Onlar 200 ildən çox yaşaya bilir, 3 ay yuxusuz, 8 ay qıdasız qala bilir. Onlar eləcə də bir-birlərini 15 km. məsafədən eşidə bilir. Hidrofonların yardımı ilə onların səsini suyun altında yazmaq mümkündür.

Alimlər Big Apple bölgəsində azı 8 növ balinanın olduğunu müəyyən edib. Pol Sisverda: “İndi bu heyvanlarla bağlı sərbəst iş aparmaq mümkündür. Onların geri, Nyu-York sularına dönməsi isə bir möcüzədir.”

Bu, balinalar üçün uzun bir səfərdən sonra dayanacaq yeri olsa da, təbiətin möhkəmliyinə bir işarədir.

XS
SM
MD
LG