Accessibility links

Nyu-Yorkun beynəlxalq tələbə evləri [Video]


Nyu York-un Beynəlxalq tələbələr evi
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Nyu York-un Beynəlxalq tələbələr evi [Video]

Nyu York şəhəri bura ilk dəfə gələn qonaqlar üçün çətin, əcnəbilər üçün isə bir mədəniyyət sarsıntısı ola bilər. Lakin ölkənin ən nüfuzlu ali təhsil mərkəzləri 100-dən çox ölkədən buraya gələn tələbələri bir dam altında birləşdirir və onları gələcək dünya liderləri kimi yetişməsi üçün imkan yaradır.

Gənc peşəkarlar üçün ABŞ-in böyük şəhərlərində yaşamağın xeyli üstünlükləri var. Lakin, əgər hardan, necə başlayacağını bilmirsənsə icmaya sahib olmağın sənə əhəmiyyətli kömək edər.

Beynəlxalq tələbə evinin Nigeriyadan olan sakini Adjibola Amzat Amerikanın Səsinə müsahibəsində tələbə evləri olmadan Nyu_Yorkda yaşamağın çətinliklərindən danışıb.

Tələbə evləri olmadan Nyu York bir çox insan üçün həddindən artıq yalnız bir yer olardı

Adjibola Amzat Kolumbiya Universitetində jurnalist olaraq dərəcə almaq üçün Nigeriyadakı reportyor həyatına bir müddətlik ara verib. Tələbə yataqxanası olmasa belə Nyu Yorkun tələbə evi onun üçün fərqli təcrübə olub.

“Nyu York çox yalnız yerdir. Burada müxtəlif millətlərdən, müxtəlif mədəniyyətlərdən xeyli insan var. Lakin, bunlar bir-birinə qarışmır.”

Sakinlər arasında paylaşılan ümumi ərazilər onların bir-birilə ilə qarışa bilməsi üçün nəzərdə tutulub.

Tələbə evinin əlaqələr direktoru Hether Manqrum tələbələr arasında ünsiyyətin vacibliyini qeyd edərək bildirib ki,

“ Sakinlər üçün nəzərdə tutulan otaqlar kiçik formada dizayn olunub ki, onlar ümumi əraziyə çıxsınlar və birli-biriylə ünsiyyətdə olsunlar. Yeməkxana ümumidir və bu da o deməkdir ki, sən hər gün başqa –başqa insanlar oturub nahar edə bilərsən.”

Beynəlxalq tələbə evləri Nyu York yaxınlığında işləyən və təhsil alan müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirir. Hansı ki, bir çoxları üçün burda qazandıqları səmimi ünsiyyət və fərdi inkişaf digər şeylərdən daha üstün hesab edirlər.

Cənubi Afrikadan olan Leboqanq Mahlere bu evdə qazandığı təcrübəni öz ölkəsinə aparağını bildirir.

Mənə elə gəlir ki, burda sistem səni siyasi mühakimə yürütməyin üçün həvəsləndirir.

“ Mənə elə gəlir ki, burda sistem səni siyasi mühakimə yürütməyin üçün həvəsləndirir. Mən bura gələrkən belə olacağını gözləmirdim. Burda öyrəndiyim dərsləri və doslarımla müzakirə etdiyimiz mövzulardakı biliklərimi geriyə, öz ölkəmə apara bilərəm. Bütün bunlar da mənim üçün qaranlıqdan çıxmaq üçün bir yol hesab edirəm”

Türkmənistandan olan Akmyrat Tuyliyev kimi bir çox insan üçün fərqliliklərin kəşfi onların dünyasını dəyişdirə biləcək bir qığılcım kimi qiymətləndirmək olar.

BŞ-a gələnə qədər mən heç vaxt qaradərili insan görməmişdim.

“Mən irqi fərqliliyin olmadığı bir ölkədənəm. ABŞ-a gələnə qədər mən heç vaxt qaradərili insan görməmişdim. Burada Rusiya, Çin və həmçinin başqa ölkələrdən gələn insanların birlik olması çox ilhamvericidir.”

Tələbə evində yaşayan 700-ə yaxın sakinin hamısının bir ortaq cəhəti var. Yaratdıqları münasibətləri qoruyub saxlamaq və qazandıqları bacarıqları başqaları ilə paylaşmaq.

XS
SM
MD
LG