Accessibility links

Nyu Yorkun Broadway-i yenidən canlanacaq


Nyu Yorkun Broadway-i yenidən canlanacaq
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Broadway-i yenidən canlandırmaq üçün Nyu York şəhəri aktyorlar və teatr işçiləri üçün Times Square-də COVID-19 peyvənd mərkəzi açıb.

Jersey Boys musiqili teatrın aktyorları Times Meydanında tamaşaçı qarşısında çıxış edir. Bununla üz maskalarında olan aktyorlar Mini Şou Broadvey səhnə ustaları və işçiləri üçün peyvənd prosesinin başladığını göstərir. Nyu-York şəhərinin meri Bill De Blasio "Bu şəhər üçün nə deməkdir - teatr, musiqi, rəqs, film və TV - bu Nyu-Yorkdakı hər şeyin ifadəsidir!"

Broadway teatrları 2020-ci ilin martında bağlandıqdan sonra şəhər tamaşa gəlirindən təxminən 14 milyard dollar itirib və 100000-dən çox insan işsiz qalıb. Jersey Boys-un aktyoru Karl Barun "Sonu bəlli olmayan bir şeyə hazırlıq Psixi, fiziki və emosional bir çətinlikdir"

Musiqiçi Elina Vonomo “Onlayn dərslər keçə bildim. Mən zəeb əlaətlərində çalıram. Ancaq canlı izləyicilər üçün, dostlarınızla canlı çalmaq başqa bir şeydir.”

Times Meydanında yerləşən bu peyvənd mərkəzi Broadway-in yenidən canlanmasının başlanğıcıdır. Suzan Semplayner Broadway-in təcrübəli prodüserlərindəndir. Lakin o, hələlik burada könüllü olaraq çalışır. Peyvənd Mərkəzinin meneceri Suzan Samolayner “Orada səhnə, qarderob işçiləri və saç ustaları, musiqiçilər var - onların hamısı kulis arxasındadır. Qarşıda kassalar, qapıçılar, yük daşıyanlar və xidmətçilər var. Yəni böyük bir musiqili tamaşa üçün 200-ə qədər insan işləyə bilər.”

Mərkəz gündə 1500 nəfərə qədər insana peyvənd vurmaq üçün təchiz edilib. Nə qədər çox aktyor və teatr işçisi peyvənd olunarsa, Broadway bir o qədər tez həyata qayıdar. Həm də bu yalnız Broadway deyil, yaxınlıqdakı mehmanxana, restoran və mağazaların da həyata qayıtması deməkdir. Prodüser Lin Manuel Miranda “Biz yenidən bir araya gəlmək və qaranlıqda hekayələr danışmaq istəyirik. Biz özümüzü təhlükəsiz hiss etmiriksə və siz özünüzü təhlükəsiz hiss etmirsinizsə bunu edə bilmərik. Buna görə də ilk addım peyvənd vurulmaqdır. Sonrakı addımlar daha sonra atılacaq.”

Teatrlar qapılarını sentyabr ayına qədər yenidən açacaqlarına ümid edir və burada hər zaman olduğu kimi - sağalma prosesinə yavaş-yavaş, musiqi və rəqslə başlayacaqlar.

XS
SM
MD
LG