Accessibility links

Nyu York Dəb Həftəsi yerli iqtisadiyyata böyük təsir göstərir


Nyu York Dəb Həftəsi yerli iqtisadiyyata böyük təsir göstərir
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Dünyanın dəb paytaxtlarından biri sayılan Nyu Yorkda hər il sentyabr ayında səkkiz gün Dəb Həftəsi keçirilir. Bu tədbir dizaynerlər üçün öz əsərlərini nümayiş etdirmək üçün gözəl fürsətdir. Şəhər üçün isə Dəb Həftəsi gəlir mənbəyidir.

İldə bir dəfə dizaynerlər öz işlərini sərgiləmək və nüfuzlu alıcıları cəlb etmək üçün Dəf Həftəsində iştirak edir.

Bu sektor yerli iqtisadiyyata böyük təsir göstərir, çünki hər il şəhərə təxminən 900 milyon dollar gəlir gətirir
Albania Rosario

Yüzlərlə dizayner Nyu York şəhərinə axışır və bu tədbirə gen-bol pul xərcləyir.

“Bu sektor yerli iqtisadiyyata böyük təsir göstərir, çünki hər il şəhərə təxminən 900 milyon dollar gəlir gətirir”- deyə, Latın Amerikası Dizaynerləri Albania Rosario bildirir.

Tədbir təkcə bu sektordakı insanlara xeyir vermir. Pulun böyük hissəsi yerli iqtisadiyyatın müxtəlif hissələrinə axır.

“Modellərdən tutmuş, restoranlar, dizaynerlər, istehsalçılar və hətta danışnmaz əmlak bazarına kimi bir çoxları Nyu Yorkdakı dəb sənayesindən faydalanır”, Rosario deyir.

Bu tədbirdə iştirak etmək üçün böyük büdcən və çevrən olmalıdır.

“Dizaynerlər gəlib Nyu York Dəb Həftəsində öz kolleksiyalarını nümayiş etdirmək istəyirlərsə, ən azı 200 min dollar xərcləməyə hazır olmalıdırlar”, Albania Rosario söyləyir.

Thunyatorn Ng-ın 2018 Nyu York Dəb Həftəsində nümayiş etdirdiyi kolleksiyadan bir parça
Thunyatorn Ng-ın 2018 Nyu York Dəb Həftəsində nümayiş etdirdiyi kolleksiyadan bir parça

Lakin Albanianın sözlərinə görə, bu hələ başlağıc rəqəmdir, çünki stend kiralamağın, işçi, model, makiyaj ustası işə götürməyin qiyməti əvvəlcədən müəyyən edilmir və asanlıqla arta bilər.

Bəzi ekspertlər inanır ki, bu ilki dəb həftəsi şəhər üçün ABŞ Açıq Tennis Çempionatı, Nyu York Marafonu və 2014-cü ildə keçirilən Super Bowl çempionatından da daha çox gəlir gətirə bilər.

XS
SM
MD
LG