Accessibility links

Nyu Yorkda helikopterin çaya düşməsi nəticəsində beş sərnişin həlak olub


Nyu York şəhərində bazar günü gecə saatlarında helikopter East River çayına düşüb. Nəticədə helikopterin göyərtəsində olan beş sərnişin həlak olub.

Qırmızı rəngdə AS350 markalı Eurocopter görüntü turu həyata keçirdiyi zaman pilot da daxil olmaqla altı nəfəri daşıyırdı. Federal Aviasiya Administrasiyasının verdiyi məlumata görə, helikopter yerli vaxtla saat 19:00-da Ruzveld adasının şimal hissəsinə yaxın ərazidə çaya düşüb.

Hadisə nəticəsində sağ qalan yeganə şəxs pilotdur.

Təcili halda hadisə yerinə gələn Nyu York Şəhər Polisi və Yanğınsöndürmə Departamenti əməkdaşları helikopterdə ilişmiş sərnişinləri xilas etməyə cəhd ediblər.

Hava nəqliyyatı nəzarət qülləsinin yazısından məlum olub ki, pilot, helikopterin mühərrikində problemlər olduğunu bildirib və daha sonra isə fövqəladə vəziyyət siqnalı yayıb.

XS
SM
MD
LG