Accessibility links

Peşəkar müğənnilər Nyu York küçələrində


Peşəkar müğənnilər Nyu York küçələrində
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Peşəkar müğənnilər Nyu York küçələrində

COVID başlayandan sonra bütün teatrlar bağlandığı üçün iki bacı musiqi istedadını yeganə səhnədə - küçədə nümayiş etdirmək qərarına gəldi.

Loren Kidvell: “Mən Loren Kidveləm, mənim 33 yaşım var. Mən Nyu Yorkda 5 və ya 6 ildir yaşayıram. Bu da mənim bacımdır.”

Hanna Kidvel: “Salam, mən Hanna Kidveləm. Mən artıq bir ilə yaxındır ki, bu şəhərdəyəm və bu il ərzində böyük bacım Lorenlə birlikdə küçələrdə mahnı oxuyuram."

Peşəkar müğənnilər, Loren və Hannah Kidvell bacıları Nyu York küçələrində 2020-ci ilin oktyabrından oxuyur. “Şəhərə qayıdanda sadəcə olaraq belə bir şey etmək, küçəyə çıxıb mahnı oxumaq qərarına gəldik. Bilirsiniz, başqa iş tapana qədər bunu edəcəyik. Biz bir milyon il keçsə belə, bunun bu qədər uğurlu olacağını düşünməmişdik” - deyə, Loren bildirir.

COVID bir çox sənətçinin çalışdığı teatrları bağladı.Küçədə oxumaq bir çox müğənni və sənətçi üçün həm pul qazanmaq, həm də sənətlərini insanlarla paylaşmağın yeganə yolu oldu. Loren Kidvell: “İkimiz də peşəkar artistlərik. Lakin teatr sənayesi tamamilə çökdüyü üçün iş yox idi. Və biz bir növ küçələrə çıxıb sevdiyimiz mahnıları oxumaq qərarına gəldik. İkimiz də böyüdüyümüz mahnıları, 1920-ci 60-cı illərin mahnılarını oxuyuruq."

Bacılar Los-Anceles yaxınlığında mehriban və musiqiyə böyük sevgi olan bir ailədə böyüyüblər. Musiqi həmişə onların bir hissəsi olub. Ataları musiqiçi, nənələri və babaları opera müğənniləri olub. Loren “Mən rejissorluq üzrə bakalavr dərəcəsi almışam, rejissor olmaq və Brodvey şoularını canlı yayımlamaq arzusunda idim. Mənim karyeram bu olmalı idi. Amma bakalavr pilləsini bitirdikdən sonra kimsə mənim mahnı oxuduğumu eşitdi və “Xeyr, yenidən ifaçılığa qayıtmalısan, bunu mütləq etməlisən” dedi. Beləliklə, getdim və Boston Konservatoriyasının Musiqili Teatr dərəcəsini aldım” deyir,

Onlar həmişə gözəl paltarlar geyinib, köhnə mahnılar oxuyurlar. Onlar sadəcə cins şalvar və köynək də geyə biləcəklərini deyirlər, lakin bu, nə onlar üçün, nə də tamaşaçı üçün eyni zövq olmayacaq. Loren: “Bu, bir növ nostalji ilə bağlı bir şeydir, bu, insanlara Nyu Yorkdakı müəyyən bir vaxtı xatırladır."

Onlar Brodvey səhnələrində hələ mahnı oxuya bilmir. Lakin Loren və Hanna Kidvell bacıları Nyu yorklulara hər şeyin normal vəziyyətə qayıdacağı, şəhərlərinin yenidən parlayacağı və canlanacağına dair ümid verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG