Accessibility links

Nyu-York imkansızlar üçün hazır yeməklər proqramlarını genişləndirir


Nyu-York imkansızlar üçün hazır yeməklər proqramlarını genişləndirir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Bir vaxtlar məktəb şagirdlərinə pulsuz yemək verən Nyu-York şəhərində yemək xidmətləri proqramları pandemiya dövründə daha da genişlənib.

Koronavirus pandemiyası milyonlarla insanın işini itirməsinə və bu da bir çox ailənin kifayət qədər yemək əldə edə bilməməsinə səbəb olub.

Buna görə də Nyu-York şəhərinin rəsmiləri şəhərin beş rayonunda yaşayan bütün uşaqları və böyükləri pulsuz yeməklə təmin edən proqramları genişləndirir. Keyşa: "Hal-hazırda evdə bir neçə uşağımız var, buna görə də səhər və nahar yeməyi üçün cədvəl hazırlayırıq və bu bizə çox yardım edir. Bu bizim üçün çox sərfəlidir və mən əminəm ki, əksər valideynlər üçün də belədir."

Nyu-Yorkun 400-dən çox məktəbində bazar ertəsindən cümə gününə qədər səhər və nahar yeməyi daxil olmaqla, yüzlərlə kiloqram ərzaq paylanır. Qeydiyyatdan keçməyə və ya sənəd göstərməyə ehtiyac yoxdur.

Yeməklərə sendviç, pendir, meyvə, şirələr, salat və şirniyyatlar daxildir. Vegetarian və halal seçimlər də var. Karmona: “Növbədə dayanmaq çətindir. Bəzən bir şey üçün növbəyə dayanırsan və sonra həmin şeyi əldə edə bilmirsən. Məsələn, tualet kağızı kimi əsas bir şey. Elə bil başqa bir dünyadasan... Bilirəm, bu niyə baş verir? Əlimizdən gələni etməyə çalışırıq. Biz 11 Sentyabrı yaşamışıq. Çətin vaxtlar idi. Ancaq mən nikbin olmağa çalışıram. Bunun da öhdəsindən gələcəyik.”

Mahimino: "Atamın həyat yoldaşı üç gün əvvəl Harlemdə koronavirusdan öldü. Bu, bütün ailə üçün çox ağır itki oldu. Bruklində yaşayan bacım və kürəkənim də xəstələndi."

Bundan hamı istifadə edə bilsə də, bu proqram əsasən kasıblara aiddir. Nyu-York şəhərinin meri Bill de Blasio: “Bu xəstəlik əsasən azgəlirli icmalara, daha çox sağlamlıq problemləri olanlara və qaradərili icmalara təsir göstərir. Bu uyğunsuzluğun dərəcəsini anlamağa çalışırıq. Sizə verəcəyimiz məlumat bazası bunu almamağımıza yardım edəcək.“

Özünlə apara biləcəyin yeməklərin bir hissəsi bağlanmış restoranlardan gəlir.

XS
SM
MD
LG