Accessibility links

Nyu-Yorkda yük maşınlarında 100-ə yaxın cəsəd tapılıb


Reuters xəbər agentliyinin şahidlərinin dediyinə görə, çərşənbə günü U-Haul yük maşınınında Nyu-York şəhərinin cənazə evinə gətirilən meyitlər dondurulmamış vəziyyətdə olub.

Şahidlər içərisində cəsədlər olan U-Haul şirkətinə məxsus bir böyük və iki daha kiçik yük maşınlarının cənazə evinin qarşısında dayandığını gördüklərini deyib.

Mərasim Xidmətləri İdarəsinin başçısı Endrü T. Kleklinin ABC News kanalına bildirdiyinə görə, cənazə evindəki cəsədlərin saxlandığı soyuducu xarab olduğu üçün 100-ə yaxın cəsəd nəqliyyat vasitələrində qalıb.

ABC nə cənazə evinin sahibinin kimliyi haqdaq məlumat, nə də cənazə evindən kimsə şərh verib. Cəsədlərin U-Haul maşınlarında nə qədər qaldığı və ya onların COVID-19 qurbanları olub-olmadığı məlum deyil.

Nyu-York mediası cəsədlərin yaxınlıqda yaşayanların yük maşınlarından pis iy gəldiyini bildirdikdən sonra aşkar edildiyini yazır.

Nyu-York Polis İdarəsi şərh verməkdən imtina edib. Səhiyyə Nazirliyindən də şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG