Accessibility links

Nyu-Yorkda ilk dəfə son 24 saat ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb


Bir neçə ay əvvəl ABŞ-ın COVID-19-un yayılma mərkəzi olan Nyu-York şəhərində ilk dəfə son 24 saat ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

"Bu xəstəlik üzərində qələbə hələ uzaqdır" - deyə, Nyu-York şəhərinin meri Bill De Blasio bildirib. O bunu martın 1-dən, COVİD-dən ilk ölüm halı qeydə alınandan bəri bazar ertəsi ilk dəfə bu virusdan ölənlərin olmadığını bəyan edərkən deyib.

"Biz ölkə boyu bir çox ştatda və şəhərdə digər amerikalıların nələrdən keçdiyini görürük. Beləliklə, heç kim bunu qeyd edə bilmir, amma biz heç olmasa bir anlıq bunu qeyd edə bilərik. Bizim bu nöqtəyə çatmamız üçün hər biriniz çox iş gördünüz, son 24 saatda ölən olmadı. Belə günlərimiz çox olsun” deyə, Bill De Blasio bildirib.

Bill De Blasio
Bill De Blasio

De Blasio koronavirus xəstəliyinə tutulan insanlar arasında 20 yaşlardakı gənclərin sayının artmasından narahat olduğunu deyib və onları maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.

De Blasio "Mən gənclərin həqiqətən çətin bir vaxt keçdiyini - qapalı şəraitdə, yaxınlarından uzaq qaldıqlarını və bundan çıxmağa can atdıqlarını başa düşürəm" deyib və gənclərin bunun çox həssas bir vaxt olduğunu başa düşməli olduqlarını bildirib.

Bazar ertəsi Nyu-York ştatının qubernatoru Andryu Kuomonun verdiyi göstərişə əsasən, COVİD-19-a yoluxma hallarının yüksək olduğu ştatlardan gələn ziyarətçilər ştatda qalacaqları yer haqqında məlumat vermədikləri təqdirdə 2000 dollara qədər cərimə ilə üzləşəcəklər. "2000 dollar cərimə ediləcəksiniz. Biz karantin rejiminə ciddi yanaşırıq" - deyə, qubernator Twitter səhifəsində yazıb.

Endryu Kuomo
Endryu Kuomo

Keçən həftə o, 19 ştatın adını yazmışdı: Alabama, Arizona, Arkanzas, Kaliforniya, Delaver, Florida, Corciya, Ayova, Aydaho, Kanzas, Luiziana, Missisipi, Nevada, Şimali Karolina, Cənubi Karolina, Oklahoma, Tennesi, Texas və Yuta.

Onlardan biri olan Florida ştatı ikinci dəfədir bir gündə yeni yoluxma hallarının rekord həddə olduğu haqda məlumat verir. Bundan bir gün öncə ştatda rekord 15 300 yoluxma halı qeydə alınıb. Nyu-Yorkda epidemiyanın ən pis günlərində yoluxanların sayı 12 274 idi.

Kaliforniya qubernatoru Qevin Nyusom bazar ertəsi ştatın 19 əyalətində barlar, restoranlar, idman salonları, kilsələr və əyləncə mərkəzlərinin bağlı qalma vaxtını uzadıb.


"Belə görünür buna hər kəs buna əməl etmir", Nyusom deyib. Ştatda bəzi müəssisələrin may ayında yenidən açılmasından bəri yoluxma hallarınin sayı artmağa başlayıb.

ABŞ-ın Ədliyyə Nazirliyi bir milyondan çox məhkəmə işinin qalmasını bildirdiyi vaxt Merilend ştatının Baltimor şəhərində üç imiqrasiya məhkəməsi bazar ertəsindən işini bərpa edib.

Məhkəmə zalına heç kim buraxılmayıb və binaya girən hər kəsdən maska taxmaq tələb olunub.

XS
SM
MD
LG