Accessibility links

Nyu-Yorkda koronavirusdan ölənlərin sayı nisbətən azalıb


Nyu-York qubernatoru Endrü Kuomo son 24 saat ərzində ştatda koronavirusdan yeni ölüm hallarının nisbətən azalmasının yayılma hallarının səngiməsinə ümid verə biləcəyini deyib. Kuomo bazar günü ştatda ölüm hallarının ümumi sayının təxminən 4200-ə çatdığını bildirib.

Kuomo pandemiyanın zirvə nöqtəsinə çatıb-çatmadığını müəyyənləşdirməyin hələ çox tez olduğunu deyib.

"Ya biz ən yüksək nöqtəyə yaxınıq, ya da həmin zirvə nöqtəsindəki yerdəyik və olar bilər ki, biz indi bu yerdəyik. Bunu günbəgün etmək olmur. Bu tendensiyanı görmək üçün üç-dörd günə baxmaq lazımdır."

Ştat bazar günü koronavirusdan ölənlərin sayının 594 nəfər olduğunu xəbər verib. Bu, bir gün əvvəl elan edilən 630 ölümlə müqayisədə nisbətən azdır. Qubernatorun bildirdiyinə görə, reanimasiya və intensiv terapiya şöbələrinə daxilolmalar da azalıb, xəstəxanalarından çıxanların sayı isə artıb.

Kuomo nyu-yorkluları ayıq olmağa və ciddi sosial izolyasiya qaydalarına riayət etməyə davam etməyə çağırıb.

XS
SM
MD
LG