Rokfeller Mərkəzinə piyada gəlmək çətin olsa da, bu, yüzlərlə insanın Milad ağacını şəxsən görmək üçün gəzintiyə çıxmasına mane olmur.
Bu il avtobuslar görüntünü bağlayıb. İnsanların çoxu bu görüntünü uzaqdan, bəzi açıq yerlərdən izləyə bilir. "Avtobusların arasından bir az görə bilirəm" - deyə, Nyu York sakini Kennet bildirir.
Bəzədilmiş ağac işıqlandırma mərasimi üçün möhtəşəm görünür. Nyu York şəhərinə gətiriləndə bu ağac tamamilə başqa cür idi - bir tərəfi əzilmiş və çılpaq. "Bu ağac elə bu ilə yaraşır" - deyə, insanlar tvitter səhifələrində yazırdı. Lakin bu gün ağac tamamilə başqa idi.
Bayram çılçıraqları və mağazaların bəzədilmiş vitrinləri bayram əhval-ruhiyyəsini daha da artırır. 2020-ci ildə çox çətin bir dövr keçirildiyinə işarə edən məşhur lüks Saks Fifth Avenue mağazası bu il vitrininə fərqli yanaşıb. Zinət əşyaları kimi bahalı əşyaları nümayiş etdirmək əvəzinə sadə və rahat əşyalar təqdim edib. “Pandemiya biraz üzücüdür, amma mən bunu düşünməməyə çalışıram. Çox kədərlidir. Mən tibb bacısıyam vənikbin olmalıyam. Hər şey yaxşı olacaq!” deyir, Dana adlı turist.
Nyu York sakini Anida isə ”Əlbəttə, bu əladır! Bilirsiz, biz bunu özümüz etməliyik - Hər şeydən bir az. Bir az Milad, bir az tətil, bir az sevinc olmalıdır. Və sülh. Bu, hamımızı qoruyacaq” deyir.
Milad ağacının işıqları elə bil Nyu-York küçələrini canlandırıb.
Bu ənənə 1931-ci ildə başlayıb. O zaman Rokfeller Mərkəzini inşa edən fəhlələr maaşlarının bir hissəsini toplayaraq aldırları yolkanı əl işləri olan çələnglər və parıltılı iplərlə bəzəyərdi.
Bu gün ağac 50 min müxtəlif bəzək əşyaları ilə bəzədilib və üstü büllur Swarovski ulduzu ilə işıqlandırılır. Adətən Rockefeller Mərkəzindəki yolkanı seyr etmək üçün buraya 750 min insan gələrdi. Lakin 2020-ci ildə mərkəzə eyni zamanda dörd nəfərdən çox insan girə bilməz və hər biri beş dəqiqədən çox qala bilər.