Accessibility links

Nyu-Yorkda 140 000 xəstəxana çarpayısına ehtiyac var


Nyu-Yorkun qubernatoru Endryu Kuomo cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, koronavirusun yayılması ştatdakı mövcud xəstəxanaların imkanlarını aşacaq. O, mümkün olan yerlərdə xəstəxanalar qurulmalı olduğunu deyib.

Kuomo ştat xəstəxanalarında hazırda 53.000 çarpayı olduğunu və inşa ediləcək müvəqqəti sağlamlıq oçaqları üçün 140 000 xəstəxana çarpayısına ehtiyac olacağını bildirib.

"Məqsəd hər bir qraflıqda 1000-dən çox çarpayı olan obyekt qurmaqdır" - deyə, Kuomo bildirib.

Kupmo çərşənbə günü koronavirus epidemiyasının 19.5 milyon əhalisi olan ştatında gözlənildiyindən daha tez, aprel ayının əvvəlində zirvəyə çatacağı barədə xəbərdarlıq edib.

Qubernator jurnalistlərə açıqlamasında yeni yoluxma hallarının sayının hər üç gündə iki dəfə artdığını deyib. "Bu, kəskin bir artımdır" - deyə, o bildirib.

Hazırda bütün ştat boyu koronavirusa 25000-dən çox insan yoluxub ki, bu da Birləşmişl Ştatlarda COVID-19-a yoluxanların yarısından coxu deməkdir.

XS
SM
MD
LG