Accessibility links

Nyu York meri şəhərin koronavirusun yenidən yayıldığı bəzi bölgələrində məhdudiyyətlər tətbiq etmək istəyir


Nyu York şəhərinin meri Bill de Blasio bazar günü bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq üçün çərşənbə günündən başlayaraq şəhərin doqquz bölgəsində məktəblər və qeyri-əhəmiyyətli müəssisələrin bağlanmasına göstəriş verib.

Məhdudiyyətlərin tətbiqi üçün ştatın təsdiqini istəyən de Blasio bunun bəzən sosial məsafənin saxlanmaması və üz maskalarının taxılmaması səbəbi ilə koronavirusa yoluxma hallarının artdığı 9 bölgəsinə təsir edəcəyini deyib.

O, şəhərin yoluxma hallarının artdığı digər 11 böıgəsinin "izləmə siyahısında" olduğunu bildirib.

Reuter xəbər agentliyinin təhlilinə görə, Nyu York son iki həftə ərzində yoluxmanın artmadığı 18 ştatdan biridir. Son yeddi gündə COVID-19-a yoluxma hallarında 9 ştatda rekord artım olduğu, bunların soyuq hava şəraiti səbəbindən insanların qapalı yerərdə daha çox toplaşdığı orta qərb və qərb ştatları olduğu bildirilib.

Nyu York qubernatoru Endryu Kuomo məhdudiyyətlər barədəki qərarı təsdiqləsə, Bruklin və Kvins məhəllələrində bütün qeyri-əhəmiyyətli müəssisələr, restoranların, dövlət və özəl məktəblərin bağlanmasına göstgəriş veriləcək. Ştatın təsdiqini alacağı təqdirdə Nyu Yorkun 100-ə yaxın dövlət və 200 özəl məktəbi iki ilə dörd həftə arasında müddətə bağlanacaq.

De Blasio deyib ki, ölkənin ən böyük dövlət məktəblərinin olduğu bölgədə virtual dərs keçmək məcburiyyətində qalan şagirdlər dərslərini davam etdirə bilmələri üçün lazımi təchizatla təmin ediləcək.

XS
SM
MD
LG