Accessibility links

Nyu-Yorkun Macy's Şükran paradı öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir


Atışma və yük maşını hücumlarından sonra Nyu-Yorkun Macy's Şükran paradı öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

Nyu-York şəhərinin meri və polisi illik ən böyük açıq hava mərasimində yüzlərlə polis zabitinin digər tədbirlərə əlavə ediləcəyini bildirib.

İslam Dövləti qrupunun ingilisdilli jurnalında ötən il oktyabrın 31-də 8 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə alan məqalə dərc edilmişdi. Məqalədə Şükran paradının "mükəmməl hədəf" olduğu bildirilmişdi.

Rəsmilər etibarlı təhdid barədə heç bir sübuta malik olmadıqlarını bildirib.

Bu il şəhərə 16 ton çəkisi olan yük maşınları, qumla doldurulmuş olsa, 2 dəfə artıq çəkili baryerlər yerləşdirilib. Hər bir küçədə polis işçiləri keşik çəkəcək.

Bundan əlavə zəbitlər hücum silahları və daşınan radiasiya detektorları ilə kütlə arasında gəzəcək. Damlar, pəncələr və eyvanlar snayperlərin müşahidəsi altında olacaq.

On minlərlə parad izləyicisi sayıqlığa çağırılıb.

91-ci illik parad yerli vaxtla səhər 9-da başlanacaq. İştirakçılar arasında məşhur aktrorlar və müğənnilər yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG