Accessibility links

Nyu-Yorkda partlayış nəticəsində iki bina dağılıb, iki qadın ölüb


Nyu-Yorkda güclü partlayış nəticəsində iki yaşayış binası dağılıb, iki qadın həlak olub. Partlayış 18 adamın yaralanmasına səbəb olub. Partlayış nəticəsində iki yaşayış binası tamamilə dağılıb.

Nyu-York şəhərinin meri Bil de Blazio bir neçə adamın itkin düşdüyünü deyib, lakin əlavə edib ki, onlar partlayış zamanı binada olmaya bilərdilər.

Səhər saatlarında Nyu-Yorkun Harlem hissəsindəki partlayış sakinlərdən birinin yaxınlıqdakı binada qaz iyinin hiss edildiyi haqda xəbər verməsindən bir qədər sonra baş verib. Kommunal xidmətlər şirkəti yoxlama aparmaq üçün oraya iki təmir qrupu göndərib, lakin onlar hadisə yerinə partlayış artıq baş verdikdən sonra yetişib.

Partlayışa qaz sızmasının səbəb olub-olmadığı haqda hələ məlumat verilməyib.

Hadisə yerində yanğını söndürmək üçün 200-dən çox yanğınsündürən göndərilib.
XS
SM
MD
LG