Accessibility links

Nyu Yorkun səhiyyə işçiləri peyvənd mandatı ilə üzləşib


Bazar ertəsi Nyu York bütün xəstəxana və qocalar evlərinin tibb işçiləri üçün COVID peyvəndinin son tarixdir. Evlərdə xəstə baxıcıları da daxil olmaqla, digər səhiyyə müəssisələrinin işçilərinin isə oktyabrın 7-nə qədər peyvənd olunması tələb olunur.

Nyu York qubernatoru Keti Hoçul səhiyyə işçilərinin məcburi peyvənd müddətlərinə riayət etməkdən imtina edəcəyi təqdirdə, yarana biləcək işçi çatışmazlığının qarşısını almaq üçün tibbi təhsili olan Milli Qvardiya üzvlərinin cəlb ediləcəyini bildirib.

Qubernator administrasiyasının bildirdiyinə görə, həkim tərəfindən təsdiq olunanlar istisna olmaqla, peyvənddən imtina edən səhiyyə işçiləri işdən çıxarılacaq və işsizlik təzminatı ala bilməyəcək.

Qubernatorluq ofisinin bildirdiyinə görə, Nyu York "federal hökumətlə yerli sağlamlıq və tibbi sistemlərə kömək etmək üçün Fəlakətlər üzrə Tibbi Yardım Komandalarını (DMATs) yerləşdirmək üçün" birlikdə işləyəcək.

Nyu York ştatının qubernatoru KEti Hoçul
Nyu York ştatının qubernatoru KEti Hoçul

"Sentyabrın 22-nə qədər Nyu York ştatının bütün xəstəxana işçilərinin 84% -i tam peyvənd edilib. Sentyabrın 23-nə olan məlumata görə, Nyu-York ştatının yaşlılara baxım müəssisələrində çalışan işçilərin 81% -i və qocalar evlərində çalışanların 77%-nə peyvəndin tam dozası vurulub" - deyə, administrasiya bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru CBS tele-kanalının "Ölkə ilə üz-üzə" proqramına verdiyi müsahibəsində Hallovin bayramında uşaqların iştirak edə biləcəyini deyib.

Roşel Valenski pandemiya səbəbi ilə "Hallovin şənlikləri zamanı insanların sıx toplaşdığı yerlərə getməzdim. Lakin düşünürəm ki, uşaqlarımızı kiçik qrupların toplaşdığı yerə getmələrinə icazə verməliyik" deyib.

XS
SM
MD
LG