Accessibility links

Nyu-York polisi əlində silah şübhəsi ilə daha bir qaradərilini öldürüb


Nyu-York polisi bir neçə xəbərdarlıqdan sonra əlində silah olduğu güman edilən qaradərili bir şəxsi güllə ilə vuraraq öldürüb. Sonradan müəyyən edilib ki, həmin şəxsin əlində dəmir boru parçası olub.

Polisin çəkdiyi şəkildə çərşənbə günü Bruklində vurulmamışdan əvvəl həmin qaradərili şəxsin polis zabitlərinə atəş açar kimi hərəkət etdiyinı görmək olur.

Polis idarəsinin rəisi polislərin yaraladıqları adama yardım göstərdiklərini, lakin onun xəstəxanada öldüyünü deyib.

Polis 911 nömrəsinə gələn zənglərin çoxunun insanlarda silah olması barədə olduğunu bildirib.

Bu hadisə polisin Kaliforniyada qaradərili bir gənci nənəsinin həyətində güllələməsindən bir neçə gün sonraya təsadüf edir. Polis kiminsə yaxınlıqda maşının şüşələri və evin pəncərələrini sındırdığına dair telefon şikayəti ilə bağlı bölgədə olub.

Polis 22 yaşlı Stefan Klarkın silahı olmadığını, əlində cib telefonunun aşkar edildiyi bildirir.

XS
SM
MD
LG