Accessibility links

Nyu York prokurorları Koheni Trampın biznes əlaqələri ilə bağlı sorğu-sual ediblər


Maykl Kohen

Nyu York prokurorları cümə axşamı Prezident Donald Trampın sabiq şəxsi vəkili Maykl Koheni bir saat boyunca sorğu-sual ediblər və ona Trampın biznes əlaqələri ilə bağlı bır sıra suallar veriblər. Bu barədə dindirmə ilə yaxından tanış olan üç insan xəbər verib.

Associated Press-ə adlarının açıqlanmaması şərtilə danışan insanlar dindirmədə diqqətin Trampın ən böyük və uzun müddətli kreditoru olan Deutsche bankı ilə əlaqələrinə yönəldiyini bildiriblər.

Manhetten rayon prokurorluğunun Kohenlə apardığı ikinci sorğu-sual Trampın biznes əlaqələri ilə bağlı böyük istintaq apardığı vaxta təsadüf edib. Rayon prokuroru Sayrus R. Vans Cunior uzun zamandır prezidentin vergi sənədlərinə çıxış əldə etmək üçün qanuni mübarizə aparır.

ABŞ-ın Ali Məhkəməsinin istintaqı dayandırmaq tələbi və başqa bir apellyasiya müraciəti ilə bağlı Tramp yanvarın 20-də vəzifədən getdikdən sonra qərar verəcəyi gözlənilir.

Nyu Yorkda aparılan istintaq Tramp hakimiyyətdən gedəndən və vəzifədə olan prezident olduğu və sahib olduğu toxunulmazlığı itridiyi zaman intensivləşəcəyi gözlənilən bir neçə hüquqi təhqiqatlardan biridir.

Manhettendə fəaliyyət göstərən böyük münsiflər məhkəməso koronavius pandemiyasına rəğmən işini davam etdirib.

Respublikaçı prezident həmçinin Nyu Yorkun baş prokuroru Letişia Ceymsin başçılığı ilə Trampın şirkətinin kredit və ya vergi güzəştləri əldə etmək üçün aktivlərinin dəyəri ilə bağlı yalan danışıb-danışmadığına dair mülki istintaqla üzləşir.

O daha öncə Konqresə Trampın kreditorlar və potensial biznes partnyorları ilə iş görərkən tez-tez aktivlərinin dəyərini şişirdib, lakin vergi güzəştləri əldə etmək üçün, onların dəyərini azaldıb.

Ağ Ev bununla bağlı şərh verməyi rədd edib.

Tramp Demokrat olan Vans və Ceymsin apardığı istintaqı dəfələrlə əsassız siyasi “ifritə ovu” adlandırıb.

Vans istintaqla bağlı spesifik detallar paylaşmağı rədd edib.

XS
SM
MD
LG