Accessibility links

Re-Fashion dizaynerləri köhnə paltarlarla nə edilə biləcəyini göstərib


Re-Fashion dizaynerləri köhnə paltarlarla nə edilə biləcəyini göstərib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Tekstil sahəsindəki tullantıların toplayan olsa idi, bu, Empire State binasından da hündür olardı. Lakin nəhəng Nuyu-Yorkun moda dinaznerləri tekstil probleminin həlli yollarını müəyyən edib. Nyu-Yorkda təşkil edilən Re-Fashion həftəsi boyunca dizaynerlər dünyaya köhnə geyimlərlə nə edilə biləcəyini göstərib.

Bu insanlar dəbdən düşmüş cinslər, sıxıcı paltarlar, cırıq kətanlar, və hətta maşın təkərlərindən belə hər şeyi həyata qaytara bilir. Dizayner Natalia Maçado: "Boyunbağım maşın təkərindən hazırlanıb. Əl vura bilərsiniz!"

Davamlılılıq və bir az da yaradıcılıq hər bir qardiroba rəng qata bilər. Dizayner Castin Rayan: «Bu ədyal ehtiyat mağazasındandır. Bunu alıb evdəki geyimlərlə birləşdirdim. Kovboy tərzində hazırladım. 29-68 brendimi başlatdığım evimin ünvanıdır."

Re-Fashion sərgisi Nyu-York Şəhərnin sanitariya departamenti və moda dizaynerlərinin birgə təşəbbüsü ilə açılıb. Məqqsəd ətraf mühitə ziyansız əşyalardan nevə istifadə edilə bilinməsini öyrətmək və öyrənməkdir. Nyu-York şəhəri Sanitariya Departamentindən Katrin Qarsia: "Biz sanitariya departamenti moda sənayesi ilə əlaqə yaradaraq gənc dizaynerlərə və ziyarətçilərə tekstil tullatılarından nə etməyin mümkünlüyü yollarını öyrədirik."

Məsələ olduqca böyükdür. Belə ki, hər il amerikalıların 60 faizi daha çox geyim alır və onların yalnız yarısı həmin geyimləri saxlayır. Xeyriyyəçilik və ikinci əl satış bütün bu malların istehlakının öhdəsindən gələ bilmir. Buna görə də nəhəng tullantı qalığı yaranır.

Nyu York yaxınlığındakı bir laboratoriyada yalnız təmiz pambıqdan olan köhnə geyimlərdən istifadə edilir. Düymələr, ilgəklər və sintetik astarlar diqqətlə çıxarılır. Onlar xüsusi həlledici mayedə incəldilir, xüsusi ipliklərlə yeni liflərə çevrilir.

Stella McCartney, Adidas, Levi's kimi böyük şirkətlər emal edilmiş liflərdən yeni kolleksiyalar hazırlayır. Kiik bizneslər də bu sahəyə yol tapıb. "Bütün mallar emal edilmiş materialardan ələ edilib. Plastik, təkər və butulkalardan" deyə, Natalia Maçado bildirir.

Isabel Varela inanır kı, köhnə geyim almağın öz imtiyazları var. Əvvəlcə hədsiz dərəcədə alış-veriş edən Varela böyük borclara düşdü. Və bundan sonra yaınız geyilmiş paltarlar almağa başladı. "Lazımlı əşyalar almaq lazımdır. Bunun üçün ikinci əl və ya mübadilə mağazalarına getmək olar. Bir də evdə nəyiniz var onu yoxlayın."

Görünüşün dəyişdirilməsi, yenidən tikilməsi və kombinasiya etmək moda sənayesinin ən son tendensiyasıdır. Bəzi geyimlərin yeri zibil sahəsi olsa da, digərləroə ikinci şans verilməsinə dəyər.

XS
SM
MD
LG