Accessibility links

Teodor Ruzveltin heykəli Nyu-Yorkdan götürüləcək


Nyu-York şəhərinin meri Bill de Blasio bazar günü Teodor Ruzveltin müstəmləkə və irqi ayrı-seçkilik simvolu olduğu deyilən və illərdir etirazlara səbəb olan Amerika Təbiət Tarixi Muzeyinin girişindəki möhtəşəm heykəlinin götürüləcəyini bildirib.

Ruzveltin at üzərində, atın yanında isə bir yerli amerikalı və bir afrikalının dayandığı bürünc heykəli 1940-cı ildən bəri muzeyin Mərkəzi Parkının qərb girişində ucalır.

"Amerika Təbiət Tarixi Muzeyi Teodor Ruzveltin qaradərili və yerli xalqlar üzərində hökmranlıq və irqi baxımdan alçaldılmış kimi təsvir edilən bu heykəlin götürülməsini istəyir. Şəhər muzeyin bu istəyini dəstəkləyir. Bu, problemli heykəlin götürülməsi üçün düzgün qərardır və doğru vaxtdır" - deyə, de Blasio yazılı açıqlamasında bildirib.

Bill de Blasio
Bill de Blasio

Prezident Donald Tramp heykəlin götürülməsinə etiraz edib. "Bunu etmə! Gülməlidir" - deyə, o tvitter səhifəsində yazıb.

Muzeyin prezidenti Ellen Futter New York Times qəzetinə​ müsahibəsində Corc Floydun öldürülməsindən sonra irqi ayrı-seçkiliklə bağlı artan etirazların muzey icmasına da təsirini göstərdiyini deyib.

Rəsmilər Ruzveltin heykəlinin nə vaxt götürüləcəyi və haraya aparılacağının müəyyən edilmədiyini bildirib.

Bu yaxınlarda ABŞ-ın cənub-şərq Virciniya ştatında 'Qaraların Həyatl Mühümdür' etirazları zamanı Xristofor Kolumbun heykəli yıxılıb, yandırılıb və uzərində "Kolumb soyqırımı təmsil edir" sözlərini yazaraq, gölə atmışdı.

Etirazları Avropada da qul tacirləri və müstəmləkə xadimlərinin heykəllərinin qaldırılması tələbini gücləndirib.

Şərhlərə bax

XS
SM
MD
LG