Accessibility links

Nyu York meri: Terror aktı günahsız vətəndaşları hədəf alıb


Teraktda istifadə olunan avtomobil
Teraktda istifadə olunan avtomobil

Nyu York şəhərində terror şübhəlisinin insanla dolu velosiped cığırına kirayəyə götürülmüş yük maşınını sürməsi nəticəsində azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

“Hazırda əlimizdə olan məlumaa əasən bu terror aktı idi – günahsız mülki vətəndaşlarıı hədəf alan qorxaq terror aktı,” deyə Nyu York şəhərinin meri Bill de Blasio mətbuat konfransında bildirib.

Gündüz saat 3:05-də hücumçu Home Depot şirkətindən kirayəyə götürdüyü yük maşınını cığıra sürərək velosipedçiləri və piyadaları vurub.

Nyu York ştatının qubernatoru Endryu Kuomo Dünya Ticarət Mərkəzi yaxınlığında baş vermiş hücumun “yalquzaq terrorçu” tərəfindən törədildiyini deyərək daha geniş planın mövcudluğuna dair dəlil olmadığını söyləyib.

Nyu York Polis Kommissarı Ceyms Oneyl bildirib ki, gündüz saat 3:05-də hücumçunun Home Depot şirkətindən kirayəyə götürdüyü yük maşınını cığıra sürərək velosipedçiləri və piyadaları vurub. Yük maşını habelə məktəb avtobusunu vuraraq iki böyüyü və iki uşağı yaralayıb.

"Sonra hücumçu əlində iki silahla maşından çıxıb," Oneyl bildirib. Hadisə yerindən rəng-şar və pellet tüfəngləri tapılıb. Polis həmin şəxsi qarnından güllə ilə vuraraq yaraladıqdan sonra həbs edib.

Təcili yardım işçiləri hücumun baş verdiyi Uest küçəsində. Manhattan, Nyu York, ABŞ. 31 oktyabr, 2017.
Təcili yardım işçiləri hücumun baş verdiyi Uest küçəsində. Manhattan, Nyu York, ABŞ. 31 oktyabr, 2017.

Polis sürücünün maşından çıxarkən “Allahu əkbər” qışqırdığını xəbər verib. Lakin Oneyldən şübhəlinin bu ifadəni işlətdiyi soruşulanda o,”bəli” deyərək təfərrüata varmayıb.

Sürücü hazırda hospitalda müalicə olunur. Onun sağlıq durumu haqda icitimaiyyətə məlumat verilməyib.

Seyfulla Saipov
Seyfulla Saipov

Nyu York Polisi ehtiyat tədbirlərinin tərkib hissəsi olaraq şəhər boyu polislərin sayının arıtırlacağını bildirib.

Adının çəkilməsini istəməyən hüquq-mühafizə orqanları rəsmiləri media qurumlarına şübhəlinin Özbəkistandan gəlmiş 29 yaşlı mühacir olduğunu deyiblər. Seyfulla Saipov adlı şəxs ABŞ-a 2010-cu ildə daxil olub.

Terakta reaksiya verən ABŞ prezidenti Donald Tramp ölkənin hüquq-mühafizə orqanlarının situasiyanı yaxından izlədiklərini bildirib.

"Yaxın Şərqdə və başqa yerlərdə məğlub olduqdan sonra İŞİD-in ölkəmizə qayıtmasına, daxil olmasına imkan verməməliyik. Bəsdir!" deyə ABŞ prezidenti terror qurbanlarınn ailə üzvləri və yaxınlarına başsağlığı verib.

XS
SM
MD
LG