Accessibility links

Nyu-Yorkda virusdan artıq 3500 nəfər vəfat edib


Dünyada 1.2 milyon COVID-19-a yoluxanların 25 faizi Amerikanın payına düşür.

30 gün əvvəl koronavirusa ilk yoluxma halı qeydə alınan Nyu-Yorkda artıq 3500 nəfər vəfat edib.

Nyu-York ştatının qubernatoru Endrü Kuomo vəziyyətin sanki bir ömür davam etdiyini deyib.

Nyu-York virusun ən ağır təsirinə məruz qalan ştatdır. İctimai sağlamlıq ekspertləri təkcə Nyu-York deyil, bütün ABŞ-da vəziyyətin ağırlaşacağını proqnozlaşdırır.

Kuomo ştatın səhiyyə böhranına 7 gün qaldığını bildirib. ABŞ prezidenti isə gələn iki həftənin olduqca ağır keçəcəyi və çoxsaylı ölüm halının qeydə alınacağını deyib.

Xəstəxanalar isə ləvazımat qıtlığı ilə üzləşib. Onlar nəfəs alətləri, həkimlər üçün qoruyucu formalar üçün müraciət edib.

Prezident Donald Tramp cümə axşamı xəstəxanalara axışan minlərlə koronavirus xəstəsini müalicə etmək üçün kifayət qədər tibbi avadanlıq olmadığını deyən bəzi ştatların qubernatorlarını hədəf alıb.

“Külli miqdarda tibbi ləvazimat, hətta xəstəxanalar və tibb mərkəzləri birbaşa ştatlara və xəstəxanalara çatdırılır” - deyə, Tramp Twitter səhifəsində hökumətin böhrana reaksiyasını müdafiə edib.

Nyu-York şənbə günü Çindən min ventilyator alıb.

Kuomo deyib ki, 85 min könüllü virusla mübarizəyə cəlb edilib. O bu il məzun olacaq həkim tələbələrin tədris ilini vaxtından əvvəl başa çatdırıb, işləmələrinə dair sərəncam imzalayacağını da bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG