Accessibility links

Nyu-Yorkda ənənəvi `Şükran Günü Paradı` güclü külək şəraitində keçib


Nyu-Yorkda Macy's ticarət şirkətinin Amerika boyu milli televiziya ilə nümayiş etdirilən `Şükran Günü Paradı` adəti üzrə şən görüntülər və nəhəng şarlarla müşayiət olunub. Bu il şəhərdə əsən güclü küləklərə nəhəng şarların uçmasına imkan verməyə bilərdi.

Buna görə də Nyu-York şəhərinin meri Bill de Blasionun "bir az alçaqdan da olsa, şarlar uçacaqlar" deməsi sürəkli alqışlarla qarşılanıb. Parad iştirakçıları bu nəhəng şarları cəmi bir-iki metr hündürlükdə saxlaya bilib.

Əvvəllər güclü küləklər helium doldurulmiş nəhəng şarların açılmasına mane olub və xəsarətlərə səbəb olub.

Amerika pərakəndə satış şirkəti Macy's tərəfindən maliyyələşdirilən builki 93-cü paradda başqa personajlarla yanaşı, bir cizgi filminin personajı Snoopi astronavt kimi nümayiş etdirilib.

Tədbirdə 8 min nəfər yürüşçü və çox sayda musiqi qrupu iştirak edib. Parad Santa Klausun çıxışı ilə başa çatıb.

Bu il `Şükran Günü Paradı`nda çıxış edən ifaçılar arasında müğənnilər Selin Dion, Siara, Kelli Rovland və Idina Menzel də olub.

Bir çox amerikalı üçün Şükran bayramı həm də Milad alış-veriş mövsümünün başlanğıcıdır.

XS
SM
MD
LG