Fransada dünya futbol kubokunu qazandıqdan sonra vətənə qayıdan ABŞ-ın qadınlardan ibarət çempionlar komandası Nyu Yorkda bayram paradı ilə qarşılanıb.
Qadınların ibarət milli yığmanı əllərində bayraqlar tutan inşaatçılar, motosikletçilər və qızlar salamlayıb. Nyu York şəhərinin meri Bil de Blasio və Nyu York ştatının qubernatoru Endrü Kuomo da paradda iştirak ediblər.
ABŞ-ın qadınlardan ibarət milli yığmasının bazar günü Fransanın Lion şəhərində futbol üzrə dünya çempionatının Niderland yığması üzərində 2:0 hesabı ilə qələbə çaldığı final oyunu ABŞ-da böyük tamaşaçı auditoriyası tərəfindən izlənilib. Komandanın kapitanı və turnirin ən yaxşı bombardiri olan Meqan Rapinov isə qəhrəman kimi qarşılanıb.
ABŞ yığmasının qələbəsi eyni zamanda diqqətləri böyük futbolda qadınlar və kişilər arasında gəlirlərdə qeyri-bərabərlik məsələsinə yönəldib.
ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində komandanı qələbə münasibətilə təbrik etsə də, onları ənənəyə görə hələ Ağ Evə dəvət etməyib. Rapino deyib ki, dəvət olunsalar onun özü və onun söhbət etdiyi digər komanda üzvləri getməyəcəklər.
Bu, ABŞ-ın qadın yığmasının 1991-ci ildən bəri qadınlararası futbol çempinatlarında dördüncü qələbəsidir.