Accessibility links

Nyu Yorkda apteklərdə koronavirus testləri keçirilməyə başlanacaq


Nyu York ştatının qubernatoru Endrü Kuomonun bildirdiyinə görə, yaxın zamanlarda Nyu York şəhərinin sakinləri üçün apteklərdə COVID-19 testlərinin keçirilməsinə başlanacaq.

O, 5000 aptekdə testlər keçiriləcəyini və qarşıya hər gün 40 min test keçirilməsi kimi məqsəd qoyulduğunu deyib.

Bununla yanaşı, qubernatorun sözlərinə görə, Nyu Yorkun dörd xəstəxanasında səhiyyə işçiləri üçün virusa qarşı antitel testləri keçiriləcək.

Nyu York Birləşmiş Ştatlarda koronavirusun episentrlədən biridir. Şəhərdə koronavirus nəticəsində ölənlərin sayı ölkə üzrə 54 000 ölüm sayının üçdə birini təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü COVID -19-dan sağalan antitelləri olan pasiyentlərin ikinci dəfə koronavirusa yoluxmayacağına dair “heç bir sübut” olmadığı ilə bağlı xəbərdarlıq edib.

ÜST bu xəbərdarlığı dünya üzrə koronavirusa yoluxma hallarının 2.8 milyondan artıq olduğu bir vaxt verib. Cons Hopkins Universitetinə əsasən dünya üzrə koronavirus nəticəsində ölüm hallarının sayı 200 000-ni keçib. Bazar günü ölüm hallarının sayı 203 043 kimi göstərilib.

“Bəzi hökumətlər antitellərin aşkarlanmasının “ayrı-ayrı şəxslərin səyahət etməsi, ya da yenidən işə qayıda bilməsi məqsədilə onlara immunitet pasportu”, ya da “risksiz sertifikatı” verilməsi üçün əsas ola biləcəyini təklif edib”, - deyə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

“Lakin hazırda COVID-19-dan sağalan insanların ikinci yoluxmadan müdafiə olunduğuna dair heç bir sübüt yoxdur”, təşkilat qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG