Accessibility links

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib [Fotoqalereya]


Oktyabrın 18-də Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyinin 22-cü ildönümü qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritdə Bowling Green parkında keçirilən tədbir Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib.

ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib, parkda Azərbaycanın bayrağı ucaldılıb.

Nyu-Cersi ştatının Senatı Oktyabın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi gününün tanınmasına dair qətnamə qəbul edib.

Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli Nyu-Cersi senatoru Maykl Dorotiyə qətnaməyə sponsorluq etdiyinə görə Azərbaycan icması adından təşəkkürünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG