Accessibility links

Nyu Yorkda Banişevskinin şərəfinə turnir keçirilib


Nyu Yorkda Banişevskinin şərəfinə turnir keçirilib
please wait

No media source currently available

0:00 0:04:08 0:00

Nyu Yorkda əfsanəvi Azərbaycan futbolçusu və məşqçisi Anatoli Banişevski adına turnir keçirilib. UEFA bildirib ki, Banişevski son 50 ildə Azerbaycanı təmsil edən ən yaxşı futbolçu olub.

Bu həmin futbolçudur ki, vaxtilə onun adı Bakının əsas rəmzlərindən birinə çevrilib. 1946-cı ildə Bakıda dünyaya gələn Banişevski 1963-cü ildən 1978-ci ilədək yalnız Bakıda, "Neftçi" klubunda çıxış edib. Onu dəfələrlə Moskvaya dəvət etsələr də, doğma şəhərinə, "Neftçi" komandasın heç vaxt xəyanət etməyib.

Banişevski turnirinin iştirakçıları
Banişevski turnirinin iştirakçıları

1966-cı ildə "Neftçi" futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanıb. Bu böyük nailiyyət də məhz Banişevskinin adı ilə bağlıdır. Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 oyunda 81 qol, birinci liqada isə 76 qarşılaşmada 40 qol vuraraq Azərebycanın ən yaxşı oyunçularından biri olub. 19 yaşında SSRİ yığma komandasına cəlb edilen Banişevski SSRİ yığmasının heyətində 50 oyun keçirib, düz 19 dəfə həmin oyunlarda fərqlənib. SSRİ yığması tərkibində Braziliya ilə oyunda iştirak edən yeganə yerlimiz də məhz Banişevski olub. 1997-ci il dekabrın 10-da 52 yaşında Bakıda vəfat eden Banişevskinin xatirəsi bugün də uca tutulur.

Artıq 5-ci dəfədir ki, Nyu Yorkda Aazərbaycanlı məşqçilər Banişevski turniri keçirirlər. Turnirdə azərbaycanlılarla yanaşı, digər post sovet ölkələrinin nümayəndələri də iştirak edir. Builki tədbirin əvvəlində təşkilatçılar Banişevskinin uğurlu karyerası haqda məlumat verib. Daha sonra turnirin iştirakçıları futbol meydanında öz yerlərini alıb. Oyundan öncə Amerika və Azərbaycanın dövlət himnləri səslənib. Turnirin sonunda qalib gələn komanda Banişevski kubokuyla təltif olunub. Turnirin iştirakçılarına xatirə medalları təqdim olunub.

Banişevski turnirinin təşkilatçısı Arif Zərbəliyev və iştirakçı
Banişevski turnirinin təşkilatçısı Arif Zərbəliyev və iştirakçı

Turnir vaxtilə Neftçidə oynayan Arif Zərbəliyev tərəfindən keçirilib. Bruklində yaşayan veteran futbolçu Mingəçevir “Avtomobilçi”sində Banişevskinin rəhbərliyi altında oynayıb:

“Şəxsən mən Anatoliy Andreyeviçi tanıyırdım. Onun rəhbərlik etdiyi komandalarda oynamışam. Onu heç vaxt unutmayacam. Nə qədər gücüm çatır hər il bu turniri keçirəcəyəm”

Banişevski turniri
Banişevski turniri

Arif Zərbəliyevin sözlərinə görə, ötən il Banişevski turnirin qonaqları arasında əfsanəvi futbolçunun həyat yoldaşı, İnna Banişevskaya da iştirak edib.

XS
SM
MD
LG