Accessibility links

Nyu-Yorkda Ceraldina Ferraronun dəfn mərasimi keçirilib


Nyu-Yorkda Ceraldina Ferraronun dəfn mərasimi keçirilib
Nyu-Yorkda Ceraldina Ferraronun dəfn mərasimi keçirilib

Bu gün Nyu Yokrun Müqəddəs Vinsent Ferre kilsəsində siyasətçi Ceraldina Ferraronun dəfn mərasimi keçirilib. Mərasimdə onun yaxın qohumları və dostlarından əlavə sabiq ABŞ prezidenti Bill Klinton, dövlət katibi Hillari Klinton və keçmiş dövlət katibi Madelin Olbrayt iştirak edib. 1984-cü ildə demokrat kimi vitse-prezidentlik vəzifəsinə nominasiya edilən ilk amerikalı qadın Geraldina Ferraro 75 yaşında şənbə günü dünyasını dəyişib. Onun Massaçusetts xəstəxansında 12 ildir əziyyət çəkdiyi qan xərçəngindən vəfat etdiyi bildirilir. Ferraronun nominasiyası Hillari Klinton və Sara Peylin kimi qadın siyasətçilərə qapılar açıb. ABŞ prezidenti Barak Obama xanım Ferraronu qadınlar qarşısındakı maneələri aradan qaldıran öncüllərdən biri adlandırıb.

XS
SM
MD
LG