Accessibility links

Nyu-Yorkda da dəstək aksiyası planlaşdırılır


Nyu-York Universitetinin azərbaycanlı tələbəsi və aktivist Emil İsmayılın Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi məlumata görə, sabah, mart ayının 10-u Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş qərargahının önündə Nyu-Cersi, Massaçusets və Nyu-Yorkda yaşayan azərbaycanlıların nümayişi planlaşdırır. "Biz Azərbaycanda siyasi məhbusların azad edilməsini, gənc fəallara qarşı repressiyalara son qoyulmasını, eləcə də, orduda əsgər ölümlərinə son qoyulmasını və araşdırılmasını tələb edəcəyik" - deyə Emil İsmayıl bildirib.

Təşkilatçılar bildirir ki, aksiya iştirakçıları BMT və beynəlxalq ictimaiyyəti Azərbaycandakı demokratik hərəkata dəstək mahiyyəti ilə səslərini ucaltmağa çağıracaq.

Emil İsmayıl Amerikanın Səsinə bildirib ki, BMT baş qərargahının önündə keçiriləcək aksiya yerli vaxtla saat 3-də başlayacaq və yarım saat davam edəcək.
XS
SM
MD
LG