Accessibility links

Nyu Yorkda gündəlik nəqliyyat vasitəsilərindən biri də velosipeddir


Böyük şəhərlərdə yaşayan insanlar tıxaclardan əziyyət çəkməmək üçün velosipedlərdən istifadə etməyə üstünlük verir. Son illər velosiped sürən insanların sayı gedərək artır.

Amsterdam kimi bəzi Avropa şəhərlərdinə velosiped artıq maşının yerini tutaraq, ən çox istifadə olunan nəqliyyət vasitəsidir. Nyu York bələdiyyəsi də nəqliyyat vasitələri sırasına şəhər velosipedlərini daxil edən şəhərlərdən biridir. Burada insanlar velosipeddən parkda idman etmək üçün yox, işə getmək üçün istifadə edir.

Bu prosesi City Bike, yəni şəhər velospedi sistemi asanlaşdırıb. Bu velosiped platforması Nyu Yorkda Kvins, Bruklin, Manhetten, Nyu Cersidə Cersi şəhərində fəaliyyət göstərir. City Bike 2013-cü ildə şəhərin fərqli bölgələrinə 332 velosiped dayanacağı quraşdıraraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 6 min velosiped istifadəyə verilib. Bu gün bu dayanacaqların sayı 750-dən çoxdur. Platformadakı velosipedlərin sayı isə 12 minə çatıb.

Bu sistem telefona yüklənən proqram vasitəsi ilə işləyir. İnsanlar bank hesablarına bağlanan velosiped profilində qeydiyyatdan keçir. Bu profilin xəritəsini işlədərək asanlıqla yaxınlıqlardakı City Bike dayanacaqlarını görmək olur. İstədiyiniz dayanacaqdan velosipedi kirələyib yola çıxa bilirsiniz. Velosipedlə gedəcəyiniz yerdə mütləq başqa bir dayanacaq da olur. Bu sistemin ən böyük müsbət tərəfi odur ki, hər dayanacaqda velosiped icarəyə götürmək mümkündür. Kirələdiyiniz velosipedi başqa dayanacaqda təhvil verə bilərsiniz. Bu səbəblə artıq çox insan özünə velosiped almır. Beləliklə, velosipedi evə qaytarmaq, həyətdə təhlükəsiz yerə bağlamaq kimi problemlər aradan qalxır.

Velosipedləri kirələməyin üç yolu var: birdəfəlik, 24 saatlıq və illlik. Birdəfəlik kirə müddəti 30 dəqiqə, qiyməti isə 3 dollardır, 24 saatlıq kirə qiyməti 12 dollardır. Bu yolla bir gün içində hər biri 30 dəqiqəlik səfər etmək şərti ilə limitsiz olaraq dəfələrlə velosiped kirələmək olar. Bu sistemdən işə getmək üçün istifadə edən insanlar üçün isə ən sərfəli yol birillik icarədir. Cəmi 169 dollar ödəyərək il boyu istənilən qədər velosipeddən istifadə etmək olar. Hər səfərin müddəti 45 dəqiqəni aşmamalıdır. Qeyd edək ki, bir aylıq limitsiz metro kartının qiyməti 127 dollardır. Buna görə də, bir illik velosiped kirələyən insanlar yol puluna xeyli qənaət etmiş olur.

XS
SM
MD
LG