Accessibility links

Nyu Yorkda heykəllər bərabərsizliyi


Nyu Yorkda heykəllər bərabərsizliyi
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Nyu Yorkda heykəl bərabərsizliyi

Vaşinqtonda çox heykəl var. Lakin 160 heykəl və abidədən yalnız 50-si qadınların şərəfinədir. Şəhər rəsmiləri bu disbalansı dəyişmək üçün paytaxt boyu məşhur qadınlar, qəhrəmanlar və başqa irqdən olanların şərəfinə səkkiz heykəlin ucaldılacağını bildirib. Nyu York şəhərində də vəziyyət oxşardır. Əhalisinin yarıdan çoxunun qadın olduğu Nyu York şəhərində cəmi beş qadın heykəli var. lakin şəhər rəsmiləri bu gender ayrı-seçkiliyini dəyişəcəyini bildirir.

Nyu York şəhərindəki 150 heykəldən ancaq 5-i məşhur qadınlara qoyulub.

Lakin şəhər nümayəndələri bu vəziyyətin dəyişəcəyini söyləyir.

"Nyu York şəhəri boyunca qoyulan heykəllər şəhərin çox yerində, iqtisadiyyatda, biznesdə, ictimai yerlərdə yayılmış olan gender bərabərsizliyinə qarşı şəhər hakimiyyətinin daha geniş səylərinin bir hissəsidir, women.nyc rəhbəri Faye Penn deyir.

Bu təşəbbüs "O, Nyu Yorku Qurub" adlanır. Şəhərin beş rayonunun hər birində Nyu Yorkla xüsusi əlaqəsi olan qadınların abidəsi alacaq.

Şəhər kimin heykəlinin qoyulması barədə təkliflər üçün çağırış edib.

"2 mindən çox təklif və 3 yüzdən çox ad aldıq. 2020-2022-ci illərdə Nyu-York şəhərində qoyulacaq 5 heykəl məhz o siyahıdandır," Faye Penn deyir.

Mərkəzi Parkda Elizabet Keydi və Suzan Entoninin heykəli olacaq.

Onların hər ikisi 1800-cü illərdə qadın haqqları və qul əməyinə qarşı hərəkatda mühüm rol oynayıb.

Nyu Yorkun Mərkəzi Dəmir yolu vağzalında müəllim və insan haqqları müdafiəçisi və 1854-cü ildə ictimai nəqliyyatda ayrıseçkiliyə son qoyan Elizabet Cenniqs Qrahamın heykəli qoyulacaq.

Şirli Çişolmun heykəli Bruklində ucaldılacaq.

"Şirli Çişolm Konqressdə ilk Afrika-Amerikalı qadın, həmçinin prezidentliyə namizədliyini irəli sürmüş ilk Afrika-Amerikalı demokrat qadın olub," Silikon Harlemin həmtəsisçisi Brüs Linkoln deyir.

Məşhur Cazz müğənnisi Billi Holideyin heykəli Kvinsdə ucalacaq.

Amerika İctimai Səhiyyə Təşkilatının ilk latına prezidenti Doctor Helen Rodrigezin heykəli Bronksda ucaldılacaq.

Steyten Aylənddə 30 il Nyu York limanındakı mayakı idarə edən Ketrin Uolkerin şərəfinə heykəl qoyulacaq.


Şəhər rəsmilərinin sözlərinə görə, heykəllər Nyu Yorku əbədiyyən dəyişən qadınların şərəfinə ucaldılacaq.

XS
SM
MD
LG