Accessibility links

Nyu Yorkda immiqrasiya reydi zamanı bir kişi güllə ilə vurulub


Federal rəsmilər Nyu-Yorkun Bruklin ərazisində ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin məmurunun bir kişini güllə ilə vurması ilə bağlı istintaq aparır.

Atışma cümə axşamı səhər saat 8:15-də Bruklinin Bensonhurst məhəlləsində baş verib. Federal rəsmilər həmin an ölkədə qanunsuz yaşamaqda ittiham edilən meksikalı Qasper Avendano-Hernandezi həbs etməyə çalışırdı.

İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin bildirdiyinə görə, Avendano-Hernandez həbs edilən zaman idarənin iki məmuruna "fiziki hücum" edilib və onlar xəstəxanaya aparılıb. Qarşıdurma zamanı məmurlardan biri Avendano-Hernandezin həbsinə müdaxilə etməkdə günahlandırılan başqa bir şəxsə atəş açıb.

Adı açıqlanmayan həmin şəxsin həyati təhlükəsi olmayan xəsarətlər aldığı bildirilib. Onun silahlı olub-olmadığı isə bəlli deyil.

İmmiqrasiya və Gömrük Mühafizə İdarəsi Nyu York şəhəri polisinin bazar ertəsi Avendano-Hernandezi saxta sənədə sahib olmaq ittihamı ilə həbs etdiyini bildirib.

Atışma prezident Donald Tramp administrasiyası ilə Nyu-York şəhərinin sığınacaq siyasətinə dair mübahisənin kəskinləşdiyi bir vaxt baş verib. İmmiqrasiya və Gömrük Mühafizə İdarəsi son zamanlar şəhərin qanunsuz imiqrantların saxlanması barədəki tələblərini yerinə yetirmədiyindən şikayətlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG