Accessibility links

"Nyu-Yorkda insanlar yalnızdır"


"Nyu Yorkda insanlar yalnızdır"
please wait

No media source currently available

0:00 0:10:10 0:00

Həmsöhbətimiz İlaria İtaliyanın Milan şəhərində yerləşən məşhur İl Prizma şirkətinin memarlarından biridir. İl Prizma şirkəti insan həyatlarını dizayn etdiyini iddia edir. İlaria orada çalışdığı müddətdə Red Bull, Linkedin kimi böyük şirkətlərin ofislərinin layihələşdirilməsində iştirak edib. Söhbət zamanı o, İtaliyada qazandığı təcrübə haqda təəssüratlarını bizimlə paylaşıb.

Amerikanın Səsi: Bildiyimiz qədər, memarlığın spesifik qolu olan ofis memarlığı ilə məşğulsan. Nəyə görə bu sahəni seçmisən?

Memar Ilaria D'Alessandro
Memar Ilaria D'Alessandro

İlaria D'Alessandro: Çünki bu iş məsuliyyətli olduğu qədər də, çox vacibdir. İnsanlar gündəlik həyatının 70%-ni ofisdə keçirir. Ofis memarı olaraq biz onların bütün ehtiyaclarını qarşılayan mükəmməl ofis yaratmalıyıq. Axı biz yaradıcılığımızla insanların ən çox zaman keçirdiyi məkanları dizayn edirik. Eyni zamanda insanların həyatını da dizayn etmiş oluruq.

Amerikanın Səsi: Səncə, hər ofis üçün uyğun olan memarlıq trendləri mövcuddurmu?

İlaria D'Alessandro: Mən belə düşünmürəm. Hal-hazırda məşhur olan bəzi trendlər var. Məsələn ofisə masaüstü tennis yerləşdirmək və ya müasir ofislərdə bütün işçilər kiçik kabinetlərdə deyil, geniş məkanda birlikdə işləyir. Amma bu trendlər hər iş yeri üçün uyğun deyil. Buna görə də memarı olduğun iş yerinin birinci növbədə missiyası, fəlsəfəsi ilə tanış olmalısan. Hər ofisin çox spesifik ehtiyacları ola bilər.

Amerikanın Səsi: Bizə bir misal göstərə bilərsən?

İlaria D'Alessandro: Əlbəttə, məsələn götürək Linkedin Madird ofisi ilə Milanda yerləşən Azimut şirkətini. Linkedin bir növü iş və işçi axtaranlar üçün yaradılmış sosial şəbəkədir. Əlbəttə ki, bu şirkətin əsas məqsədlərindən biri daha çox insanın bir-biri ilə tanış olmasına kömək etməkdir. Bu fəlsəfəyə uyğun olaraq da şirkətin ofisini olduqca geniş, açıq məkan olaraq dizayn etdik. Şirkətdə cəmi bir dənə özəl kabinet var.

Ilaria D'Alessandro Linkedin Madrid ofisi
Ilaria D'Alessandro Linkedin Madrid ofisi

Milanda yerləşən Azimut isə pulu çox olan insanların maliyyə məsləhətçisidir. Bu ofisə gələn müştərilər təhlükəsizlik məqsədləriylə maksimum gizliliyini qorumaq istəyir. Əlbəttə, bu insanların görüşləri qapalı məkanlarda keçirilməlidir. Həmçinin müştərilərinin sərvəti ilə işləyən işçilər də həddən artıq ehtiyatlı olmalıdır. Buna görə işçinin özəl ofisi olmalıdır. Buna görə də biz Azimutu dizayn edərkən şəxsi kabinetlər arasında xeyli məsafə yaratmalı olduq.

Həm Nyu-Yorkda, həm də Avropanın bir çox şəhərində yerləşən ofislərlə çalışmısan. Səncə Nyu-Yorkla Avropa ofisləri arasındakı əsas fərq nədir?

İlaria D'Alessandro: Ofis memarının əsas obyekti yəqin ki, insandır. Bu sualı cavablandırmaq üçün öncəliklə bunu deməliyik ki, Nyu-York insanları ilə Avropa insanları bir-birindən fərqlənir. Bu səbəblə də ofislər də əlbəttə ki, fərqlidir. Burada yaşadıqdan sonra gördüm ki, Nyu-Yorkda insanlar yalnızdır. Bir çox insan evdən çıxmadan işləyir. Həmçinin, bura immiqrantlar şəhəridir. Və buna görə də heç kəs özünü bu şəhərə aid hiss etmir. Daima bir köç halında yaşayan nyu-yorklular bir ofisə bağlı deyil və bu, getdikcə insanların həyatındakı sosiallığı azaldır. Buna görə də Nyu-York belə bir çıxış yolu tapıb. WeWork adlanan müştərək ofis xidmətləri. Bu şirkətin məqsədi bütün frilanserleri eyni ofisə yığıb, onlar üçün sosial həyat yaratmaqdır. Böyük ofisdə hərə özünə bir masa kirələyir ve beləlikdə evdən insan içinə çıxmış olur. Bu sistem bu gün burada və dünyada xeyli populardır. Təkcə WeWork şirkətinin 103 şəhərdə ofisi var. Ondan başqa da bir çox müştərək ofislər xidmət göstərir.

Amerikanın Səsi: Bir memar olaraq sən WeWork tipli ofisləri bəyənirsən?

İlaria D'Alessandro: Məncə, bu ofislərin müsbət cəhəti çoxdur. Şüarları belədir: “Özünü yalnız hiss edirsən? Bizim cəmiyyətə qatıl. Uşaqların var, amma onları qoyacaq yerin yoxdur? Onları da bizim baxçamıza gətir. Nyu- Yorkdasan, amma yatacaq yerin yoxdur? Sənin üçün onu da təşkil edərik!”

Əlbəttə ki, yalnız insanlar üçün bu əla çıxış yolu kimi görünür. Amma sizcə də bütün bu müsbətlər insanı ofisə məhkum etmirmi? Həyatınızın bütün hissələrinə təsir edir. Bir müddət sonra ayılırsan ki, sənin sosial həyatın da, şəxsi həyatın da ofisdir. Məncə, ofis həyatı ilə şəxsi həyat arasında mütləq bir balans olmalıdır. Bu tip ofislər çıxış yolu deyil.

Ilaria D'Alessandro
Ilaria D'Alessandro

Sonda İlariyadan memarlığın bu gün nə rola sahib olduğunu soruşduq:

İlaria D'Alessandro: Bu gün də, dünən olduğu kimi memarlığın tək bir missiyası var, o da maarifləndirməkdir.

Memarlıq insanlarla danışan bir dildir və insanlığa xidmət edir. Memar birinci növbədə insan antropoloqu olmalıdır. Yaratdığı məkanlarla insanların davranışını tərbiyyə etməyi bacarmalıdır. Memar insanın potensiyalını üzə çıxarmaq üçün çalışmalıdır. İstər ofisdə, istər restoranda, istərsə də şəhərdə memar pedagoji xidmət göstərməyi bacarmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG