Accessibility links

Nyu Yorkda koronavirsa görə ilk dəfə "xüsusi rejim" tətbiq olunur


Martın 25-dək Yeni Roşel şəhərində xüsusi rejim tətbiq olunacaq. Nyu York ştatının qubernatoru Endrü Kuomo koronavirusun yayılaması səbəbindən 25 mart tarixinə qədər Nyu Roşelin ətrafında ‘karantin zonası' yaradıldığını elan edib.

“Hazırda Nyu Roşel bəlkə də ABŞ-da xəstəliyin ən böyük mənbəyi olan bölgədir" - deyə, Kuomo mətbuat konfransında açıqlama verib.

Milli Qvardiya qüvvələri virusun mənbəyindən 1 mil aralıdakı izdihamlı bölgələrə göndəriləcək. Kuomonun sözlərinə görə, onlar ərzaq məhsullarının çatdırılması və ictimai yerlərin təmizlənməsində köməklik göstərəcək. Ərzaq mağazaları bağlanmayacaq.

Xüsusi rejim martın 12-dən qüvvəyə minəcək və iki həftə davam edəcək. Nyu York ştatında koronavirusa ikinci yoluxma halı ötən həftə Nyu Roşeldə qeydə alınıb. Bununla əlaqədar xəstə ilə ünsiyyətdə olan təxminən 1000 nəfər karantinə alınıb. Ştatda aşkarlanan yoluxma hallarının sayı 173-ə çatıb. Bu, ABŞ üzrə ən yüksək göstəricidir.

Təxminən 600 yoluxma və 26 ölüm halının qeyd edildiyi ABŞ-da epidemiya baş verən bir neçə bölgədə böyük toplantıların keçirilməsinə qadağalar qoyulur, böyük universitetlər, o cümlədən, Stanford, Vaşinqton Universiteti və Ohayo Dövlət Universiteti dərslərə yalnız onlayn olaraq davam edir.

ABŞ senatoru Ted Kruz koronavirusa yoluxan CPAC siyasi konfrans iştirakçısı ilə kontaktda olduğu üçün özünü karantinə aldığını bildirib. Senator Kruzdan başqa Konqres üzvü Pol Qosar da həmin konfransda iştirak etdiyi üçün özünü karantina alıb.

CPAC tədbiri 26-29 fevral tarixlərində baş tutmuşdu və ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens də iştirakçılar arasında olub. Amma onların virus aşkarlaranan şəxslə təmasda olmadığı açıqlanıb.

XS
SM
MD
LG