Accessibility links

Nyu Yorkda Nəsimiyə həsr olunmuş konsert keçirildi


Nyu Yorkda Nəsimiyə həsr olunmuş konsert
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Görkəmli şair və filosof Nəsiminin 650 illik yubileyi Atlantik Okeanının qərb sahilində anılıb.

İyunun 26-da Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilati dəstəyi ilə Nəsiminin şeirləri məşhur Kaufman musiqi mərkəzində səsləndirilib.

'İki Cahan' adlı konsertin proqramı rəngarəng olub. Klassik musiqidən tutmuş, Afro-Amerikan ilahiləri, sufi musiqisinə kimi bir çox fərqli janrda parçalara yer verilib.

Mənim üçün qeyri-adi bir təcrübə oldu. İlk dəfə idi ki, Azərbaycan dilində ifa edirdim.

Dahi şairin xatirəsinə həsr olunan gecədə müxtəlif xalqların dini və fəlsəfi müsiqilərinə yer verilməsi heç də təsadüfi deyil. Konsert üçün seçilən bütün musiqilər Nəsiminin fəlsəfəsinə həsr olunub.

Konsertin klassik musiqi hissəsində Arif Məlikov və Fərhad Bədəlbəylinin bəstələrinə yer verilib. Ayrıca, Sevinc Balabəyova və Tamilla Əhədovanın Nəsimin şeirlərinə bəsdələdiyi romanslar səslənib. İlk dəfə Azərbaycan dilində çıxış edən Amerikalı soprano ifaçısı Şenika Con Cordan Nəsiminin 'Sənsiz' romanınsı səsləndirıb:

“Mənim üçün qeyri-adi bir təcrübə oldu. İlk dəfə idi ki, Azərbaycan dilində ifa edirdim. Azərbaycanlı musiqiçilərlə işlədiyim üçün daha öncə bu dili eşitmişdim, ama bu parçaya hazırlaşarkən Azərbaycan dilini daha dərindən öyrənmək şansı qazandım və buna görə çox şanslıyam.”

2019-cu il Azərbaycanda 'Nəsimi İli' elan olunub.
2019-cu il Azərbaycanda 'Nəsimi İli' elan olunub.

Konsertin xüsusi diqqət çəkən son bölümündə beynəlxalq musiqi cəmiyyətinin üzvləri Azərbaycan, Türkiyə ve İran xalq mahnıları ifa edib. Saz, dəf, ud və ney kimi milli musiqi alətlərinə yer verilən bu bölümdə amerikalı tamaşaçılar zəngi irsi mirasımızı yaxından tanımaq imkanı əldə edib.

Musiqiçilər Nəsimi ilə yanaşı, Mövlanə, Yunis Əmrə kimi dahi şairlərin şeirlərinə bəstələnmiş musiqilər də ifa edib. Həmçinin tədbirdə deyilən şeirlər həm Azərbaycanca, həm də ayrıca İngilis dilində səsləndirilib. Beləliklə, tamaşaçı öncə şeirin orijinalda necə səsləndiyini eşidə bilib, eləcə də, şeirlərin mənası ilə tanış olub.

Musiqiçilər Nəsimi ilə yanaşı, Mövlanə, Yunis Əmrə kimi dahi şairlərin şeirlərinə bəstələnmiş musiqilər də ifa edib. Tədbirdə deyilən şeirlər həm Azərbaycanca, həm də ayrıca İngilis dilində səsləndirilib.

Konsertdə çox fərqli və bir-birinə zidd janrlarda musiqilərə yer verilsə də, bu musiqilərin ümumi bir mistik ab-havanın yaradılmasında payı var. Bir tədbirdə həm piano və kamança ifası, həm opera parçaları, habelə 600 yaşı olan şeirlər eşitmək, sufi notları duymaq mümkün olub.

İnsanı ilahinin surəti və həqiqətin açarı kimi dəyərləndirən İmadəddin Nəsiminin poeziyası Yaxın Şərq və Orta Asiyada geniş tanınıb. 14-15-ci ərsrlərdə hürufilik təriqətinin görkəmli mütəfəkkiri kimi ad qazanmış Nəsimi yerli hökmdarlar tərəfindən təqiblərə məruz qalmış və 1417-ci ildə müasir Suriyanın Hələb şəhərində edam olunmuşdur.

XS
SM
MD
LG