Accessibility links

Nyu Yorkda orta əsrlərdən qalma memarlıq möcüzəsi


Nyu Yorkda orta əsrlərdən qalma memarlıq möcüzəsi
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Met Cloisters muzeyində orta əsrlərə aid incəsənət və memarlıq nümunələri sərgilənir. Muzey Manhetten adasının ən şimalında yerləşən Fort Tyron Parkında məşhur milyonçu Con Rokfellerin təşəbbüsü ilə inşa edilib. Muzey Manhettenin mərkəzindən olduqca aralıda yerləşir.

Müzeydə 2000-dən çox orta əsrlərə aid eksponat nümayiş olunur. Bu eksponatlara xalçalar, heykəllər, dini ikonalar, zinət əşyaları, dulusçuluq nümunələri, saxsı qablar daxildir.

Dünyada 15-ci əsrdən qalan yeganə kart dəstəsi bu muzeydə qorunur.

Muzeydəki ən maraqlı nümunələr isə, nağıllarda rastımıza çıxan təkbuynuz atların təsvir olunduğu xalçalardır. “Təkbuynuz ovu” adı ilə məşhur olan xalçalar 15-16-cı əsrlərdən qalıb. Orta əsrlərdə sevgi və ölümsüzlüyün simvolu olan təkbuynuzlarla bağlı fikirlər müxtəlifdir. Bu xalçalardan yola çıxan bəzi alimlər təkbuynuzların insanlara hücum etdiyi üçün təhlükəli olduqlarını bildirir. Bu səbəblə insanlar tərəfindən kökləri kəsilib. Təbii ki, digər qrup alimlər də bu atların insan fantaziyasının məhsulu olduğunu söyləyir.

Bu muzeydə görəcəyiniz eksponatların çoxunun bənzərini Manhettenin mərkəzində yerləşən Metropolitan muzeyində görə bilərsiniz. Düşünəcəksiniz ki, bəs niyə insanlar bu qədər uzaqda yerləşən Clositer muzeyinə üz tutur. Çünki birinci növbədə bu binanın memarlığı xüsusi diqqətə layiqdir. Muzeyin binası İtaliyada görəcəyiniz qədim monastırlardan heç də geri qalmır hətta bu muzeyin 1938-ci ildə inşa edildiyinə inanmaq çətindir. Çünki bu binanın inşası zamanı Avropada tapılan qədim monastır və kilsələrin parçalarından istifadə olunub. Bu parçalar sökülərək gəmiylə Nyu Yorka gətirilib və bir-birinə birləşdirilib. Beləliklə muzeydə gəzərkən özünüzü orta əsrlər tarixi kitabının içində hiss edirsiniz.

Muzeyi məşhurlaşdıran ikinci vacib məsələ də içində yerləşən möhtəşəm bağlardır. Şəhər həyatından uzaqlaşmaq istəyən insanlar sakitlik axtarışlarında bu bağlara üz tutur. Yam-yaşıl bağlar da Orta Əsrlər Avropasının bağlarının tərzini qoruyub saxlayır. Buradaykən tarixə yaxınlaşıb, mədəniyyətə daha çox bağlanırsınız.

XS
SM
MD
LG