Accessibility links

Nyu-Yorkda pizzanın dadına baxdıq


Nyu-Yorkda pizzanın dadına baxdıq
please wait

No media source currently available

0:00 0:02:45 0:00

1845-cü ildə Neapola gedən Aleksandr Düma xatirələrində pizzanı kasıbların yeməyi olaraq qələmə verib. Bu gün isə, pizza dünyanın hər yerində həm varlı, həm kasıb, həm də orta-statistik insanların sevərək yediyi məşhur yemək növlərindən birinə çevrilib.

Pizzanın vətəni İtaliyadırsa, ikinci evi Nyu Yorkdur. Nyu Yorkun kanalizasiya keçidlərində yasayan Ninja Tısbağaların ən sevdiyi yemək olan pizza həmçinin Nyu York insanlarının favoritidir. Nyu Yorkda 61000-dən çox pizza hazırlayan məkan var. Hətta Nyu York pizzası artıq ayrıca bir pizza növü olaraq dünyada məşhurlaşıb.

Nyu York pizzasının kənarları qalın, orta hissəsi isə incə və yumuşaqdır. İtalyanlardan fərqli olaran Nyu Yorklular pizzanı qatlayaraq yeyir. Klassik Nyu York pizzasının üzərinə tomat sosu və mozarella pendiri qoyulur. Nyu York pizzasının digər pizzalar bir digər fərqi də ölçüsüdür. Bəzi kafelərdə verilən bir dilim pizza ilə axşam yeməyi etmək olur.

Nyu Yorkun yerli pizza markaları biri olan Artichoke Basille Pizza şəbəkəsi Nyu York pizzasının fərqli növlərini təqdim edir. Adından da məlum olduğu kimi ən əsas imza pizzaları artişoklu yəni ənginarlı pizzadır. Gül kələmini xatırladan tərəvəz İtaliya, İspaniya və Türkiyə kimi Aralıq dənizi sahilində yerləşən ölkələrdə xeyli məşhurdur. Bir dilim artişok pizzasının qiyməti cəmi 6 dollardır. Pizzeriya Sal Basil and Fransis Garsia qardaşları tərəfindən kiçik ailə biznesi olaraq fəaliyyətə başlayıb. Artıq pizzeriyanın Amerikanın bir sıra ştatında 15-dən çox dükanı var. Artişok pizzanın əsas fərqi yağ və sarımsaqdan bol istifadə edərək bənzərsiz dad ahəngi yaratmaqdır.

Nyu York pizza ilə 20-ci əsrin başlarında tanış olub. İlk pizzaçılar Neapol üsulu ilə pizza təqdim edib. Amerikada açılan ilk pizza restoranıdı Nyu Yorkda yerləşən Lombardis restorandır. Lombardis 1905-ci ildən bu günə qədər fəaliyyət göstərir. Restoran ilk açıldığına bir pizzanın qiyməti cəmi 5 sent idi. Restoranın divarlarında bura gələn bir çox məşhur insanın avtoqraflı rəsmi asılıb. Lombardis Cek Nikolson, Meray Keri kimi ulduzların favoritidir.

XS
SM
MD
LG