Accessibility links

Nyu Yorkda yaşayan azərbaycanlı aktrisa Kəmalə ilə söhbət


Nyu Yorkda yaşayan azərbaycanlı aktrisa Kəmalə ilə söhbət
please wait

No media source currently available

0:00 0:10:23 0:00

Qonağımız azərbaycanlı gənc aktrisa Kəmalə İsrafilovadır. Kəmalə Nyu York şəhərində yerləşən “Lee Strasberq” adına Teatr və Film İnstitutunda aktyorluq üzrə təhsil alıb.

Əslən Polşalı olan Lee Strasberq Amerika kino ve teatr səhnəsinin inkişafında fundamental rola sahib rejissorlardan biridir. Hətta onun düşündüyü aktyorluq metodu kinomatorqrafiya elmində “Strasberq metodu” olaraq keçir və hələ də dünyanın hər yerində film teoriyası dərslərində öyrədilir. Strasberq onlarla məşhur aktyorun müəllimi olub. Ən məşhurlardan Merlin Monro, Al Paçino, Dastin Hofmanı misal gətirmək olar.

Strasberq Institutu banisinin metoduna əsaslanaraq artıq 50 ildir ki, gənc aktyor və aktrisa nəsilləri yetişdirməyə davam edir. Bu aktrisalardan biri də Kəmalədir.

Təhsilini tamamladıqdan sonra, Kəmalə Nyu York teatr səhnəsində və eləcə də kino sahəsində özünü sınağdan keçirməyə başlayıb.

Amerikanın Səsi: Amerikalılara xas olmayan qarabuğdayı xarici görünüşü, qara buruq saçları ilə seçilən Kəmalə görəsən burada hansı milli mənsubiyyətləri canlandırıb

Kəmalə İsrafilova: Azərbaycanlıyam, amma burda azərbaycanlı birini canlandıra biləcəyim rollar demək olar ki, sıfır səviyyəsindədir. Burada mən daha çox Yaxın Şərq, və Latın Amerikan rollarına uyğunam. Amma Latın Amerikan birini canlandırmaq üçün gərək ya ispanca səlis danışasan, ya da heç olmasa ingilizcə ispan ləhcəsiylə danışasan. Məndə heç biri olmadığı üçün daha çox Yaxın Şərq qadınlarını, xüsusilə Suriya, Livan əsilli qəhrəmanları canlandırıram. Xüsusən, Yaxın Şərqdə vəziyyətin gərgin olması ilə bağlı, o mövzular burada çox aktualdır. O mövzuda çoxlu işlər görülür. Nyu Yorkun teatrı həmişə çalışır ki, gündəmlə ayaqlaşsın və buna görə də mövzular çox yeni olur. Mən də belə tamaşalarda Amerikaya gələn imiqrant qadınları canlandırmışam. Əsasən oynadığım obrazlar həm bura gəlib çətin həyat yaşayanlar, həmçinin bura gəlib zahirən xoşbəxt həyat yaşayıb, amma o həyatın daxilində özünəməxsus konfliktlərlə üzləşən xanımlar olub.

XS
SM
MD
LG