Accessibility links

Nyu-Yorkluların bazar mədəniyyəti


Nyu-Yorkluların bazar mədəniyyəti
please wait

No media source currently available

0:00 0:02:16 0:00

İnkişaf etmiş ölkələrin hamsında belədir - ayda 1-2 dəfə nəhəng supermarketə gedirsən, 10-15 günün azuqəsini arabaya yığıb aparırsan kassaya, kart hesabından pulunu ödəyirsən, vəssalam. O çörəyi kim bişirib? Aldığın meyvəni kim dərib? Tərəvəzi kim əkib becərib - səni heç maraqlandırmır da.

Nyu-Yorkda bu modern gerçəkliyi bəyənməyən insanlar üçün alternativ alış-veriş metodu var- fermer marketi, yəni, bazar. Bazar günləri iri parklarda keçirilən satış yarmarkalarında birbaşa fermerin özüylə ünsiyyətə girmək imkanı qazanırsan.

İstəsən sual ver, maraqlan: pomidor növlərində dad fərqi varmı? Hansı almada daha çox dəmir var? Gen modifikasiya olunmuş meyvəni təbii meyvədən necə fərqləndirmək olar? Əsl bal əldəqayırma baldan necə seçilir? Bu alış-verişdə bir qazandığın da sevgi olur. Sənə satılan hər meyvə qutusuna görə fermerin minnətdarlığını görmüş olursan.

Bu parklarda hər adam məhsul sata bilməz, ya satılan malların həqiqətən yerli fermada bitdiyini sübut edən əkinçi olmalısan, ya da satdığın hazır məhsulların hazırlanmasında yalnız ferma mallarından istifadə etdiyini sübut etməlisən. Bizim gəldiyimiz McGolrick parkında Konnektikut, Nyu-York ştatlarında əkilən meyvə və tərəvəzlər satılır.

Yay aylarında parkda mövsüm meyvələrindən tutmuş, pərpətöyün kimi unikal göyərtilərə də rast gələ bilərsiniz. Qışın soyuq günlərində isə fermerlər parkın yaxınlığında yerləşən kilsədə bazar açır.

Bu açıq hava marketlərində satılan təbii məhsulların qiyməti orta hesabla supermarket qiymətlərindən ikiqat baha olur. Amma buna baxmayaraq sağlam qidalanan nyu-yorklular hər bazar günü fermerlərin dağlardan, tarlalardan şəhərə təbii meyvə-tərəvəz gətirməsini gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG