Accessibility links

Nyu Yorkun Kosmik Abidəsi

Çox insan elə düşünür ki, Mərkəzi Park Nyu York şəhərinin ən böyük parkıdır. Əslində isə, Mərkəzi Park ölçüsünə görə beşinci yerdədir. Nyu Yorkun dördüncü böyük parkı isə, Kvins rayonunda yerləşən Korona parkıdır. Kvins ərazisində əsasən yunanlar, türklər və ərəb xalqları yaşayır. Bu rayon hər zaman ləziz yeməklər və ucuz qiymətləri ilə turistlərin diqqətini çəkib.

Korona parkın ərazisi 363 hektardan ibarətdir. İyirminci əsrin əvvəllinrdə parkın ərazisi Nyu Yorkun inkişaf etmiş bölgələrindən o qədər aralıydı ki, sadəcə tullantıların yığıldı ərazi olaraq mövcud idi. 1920-ci illərdə Nyu York İcra hakimiyyəti bu geniş ərazini tullantılardan təmizləyib abadlıq işləri aparmağa qərar verib. 1939-cu ildə isə Korona parkın təmtəraqlı açılışı keçirilib. Parkın ərazisinə Nyu Yorkun Mets beysbol komandasının stadionu, tennis mərkəzi, Nyu York Bilik Meydanı, Kvins İncəsənət muzeyi, Kvins heyvanxanası, amfiteatr və s. daxildir.

Parkın əsas simvolu isə, nəhəng Unisfer abidəsidir. Poladdan hazırlanan bu abidə Yer kürəsini təmsil edir. Abidə 1964-cü ildə memar Gilmor D. Klarkın komandası tərəfindən ərsəyə gəlib. Unisferin qlobal azadlıq mövzusuna həsr olunub və inkişafı təmsil edir. Uzunluğu 43 metr, diametri isə, 37 metr olan bu abidə bugün Kvins rayonunun turistik rəmzlərindən biridir. Astro-fizika və kosmos elminin təbliğinə həsr olunmuş abidə Amerikanın futuristik baxışını da təmsil edir. Planetin ətrafında 3 dönür. Bu orbitərin iksi kosmos eliminə verdiyi tövhələrlə tarixə düşən Yuri Qaqarin və Con Qlennə, üçüncüsü isə tarixi Telstar peykinə həsr olunub.


Daha çox yüklə

Şərhlərə bax

XS
SM
MD
LG