Accessibility links

Nyu Yorkun “qanadlı” vağzalı


Nyu Yorkun “qanadlı” vağzalı
please wait

No media source currently available

0:00 0:02:58 0:00

2016-cı ildə Nyu Yorkun Dünya Ticarət Mərkəzi kompleksinin içində açılan “Oculus” qatar vağzalı müasir dövrün futuristik abidələrindən biridir. “Oculus” qanadlarını iki yana açıb uçmağa hazırlaşan ağappaq nəhəng quş formasında dizayn edilib.

Abidənin bünövrəsi bu nəhəng quşun ağır qanadlarına tab gətirə bilən xüsusi metaldan hazırlanıb. Bu xüsusi metal dünyada sadəcə 4 şirkət tərəfindən istehsal olunur. Bu vağzalın inşasında istifadə olunan bahalı avadanlıqlar tikinti sahəsinə yük vaqonlarına doldurularaq dəmir yolu vasitəsi ilə gətizdirilib.

Oculus vağzalı
Oculus vağzalı

Tikintisinə 4 milyon dollar xərclənən “Oculus” dünyann ən bahalı dəmir yolu vağzalıdır. Abidənin memarı ispaniyalı Santiaqo Kalatavra “Oculus”-un damındakı qanadların açılıb bağlanmasını istəyirdi. Amma xərclərin gözlədiyindən daha çox olmasına görə bu fikrindən yayınıb. Lakin buna baxmayaraq, binanın damındakı şüşə panellər tamamilə açıla bilir.

Bəs “Oculus”-un bu qədər işıqlı və minimalist formada dizayn olunmasının səbəbi nədir? Qatar vağzallarının çox vaxt qaranlıq və qarışıq binalarda yerləşməsi. “Oculus”-un memarı Kalatavra deyir ki, mən elə bir vağzal inşa edərkən öz anamı düşündüm. Bu vağzal necə olsun ki, hətta yaşlı anam da gedəcəyi yeri asanlıqla tapsın. Həddən artıq sadə sistemi olan vağzaldan hərgün minlərlə Nyu Cersidə yaşayan insan işləmək üçün Nyu Yorka gəlir.

“Oculus” vağzal olmaqla yanaşı müxtəlif sərgilərin keçirildiyi geniş aydınlıq bir məkandır. Bundan başqa içində dünya ticarət mərkəzinin bir hissəsi olan vestfild alış-veriş mərkəzi də yerləşir. Bu vağzalda bir çox dünya brendlərinin dükanlarını görə bilərsiniz. Bundan əlavə “Oculus” vağzalında 85 metr uzunluğunda nəhəng LED ekranlar yerləşdirilib. Bu ekranlarda btünü gün boyu reklam çarxları göstərilir. İl ərzində ekranlarda təxminən 285 milyona yaxın reklam görüntüsünə yer verilir. Uzun yol boyu dayanmadan bu ekranlardan axan görüntülər insan selinə qarışaraq minimalist dizaynla texnolojik dünyanı bir birinə birləşdirir.

Nyu Yorkun klassik və nostaljik ab-havasını Mərkəzi Vağzalda hiss etdikdən sonra, “Oculus” vağzalında da asanlıqla gələcəyə səyahət edə bilərsiniz.

XS
SM
MD
LG