Accessibility links

Nyu Yorkun zəngin xəzinəsi


Nyu Yorkun ən qədim kitabxanası
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Nyu Yorkda 93 kitabxana fəaliyyət göstərir. Bunlardan ən qədimi Manhettanda yerləşən Ictimai Kitabxanadır.

Bu kitabxana dünyanın ən çox ziyarət olunan kitabxanalarından biridir. Hər il milyonlarla kitabsevər turist bu memarlıq möcüzəsini görmək üçün Manhettenə üz tutur.

Kitabxananın kolleksiyasında 430 dildə 43 milyon kitab və əlavə material qorunur.

Kitabxana ilk baxışda möhtəşəm binası ilə diqqət çəkir. Bu kitabxana 1911-ci ildə açılıb. İnşa olunması 12 il çəkib. Binanın hazırlanmasında 161 km uzunluğunda mərmərdən istifadə olunub.

Binanın simvollarından biri aslan heykəlləridir. 1930-cu illərin Böyük Depressiyasi zamanı Nyu York meri insanlarda ümid yaratmaq üçün aslanlara Səbr və Qüdrət adlarını qoyub.

Kitabxana qeyri-adi arxitekturasından əlavə, unikal xəzinəsi ilə də məşhurdur. Kitabxananın kolleksiyasında 430 dildə 43 milyon kitab və əlavə material qorunur. Həmçinin kitabxanada Çarls Dikkensin şəxsi əşyaları, Şarlott Bronte, Valt Vitman kimi yazıçıların saçlarından bir parça var.

Nyu York kitabxanalarına giriş hamı üçün pulsuzdur. Dünyanın bir çox dəyərli əsərlərinin burada qorunmasına baxmayaraq hər insan heç bir üzvlük kartı olmadan asanlıqla binaya daxil ola bilər.

Kitabxananın üzvləri isə milyonlarla kitabdan həm kitabxanada, həm də evində yararlana bilər. Həmçinin elektron materiallardan da yararlana bilər.

Kitabxanalarda hər gün pulsuz ingilis, ispan dili, şaxmat dərsləri, liderlik mühazirələri keçirilir.

Lakin kitabxanaların xidməti bununla bitmir. Hər il Nyu York kitabxanalarında təxminən 103 min pulsuz tədbir və proqram keçirilir. Bu tədbirlərə yazıçılarla, ssenaristlərlə, şairlərlə, rejissorlarla görüş daxildir.

Habelə kitabxanalarda pulsuz iş konsultasiyaları keçirilir. CV hazırlamaq, iş müsahibəsinə hazırlıq dərsləri, kompüter kursları keçirilir. Kitabxanalarda hər gün pulsuz ingilis, ispan dili, şaxmat dərsləri, liderlik mühazirələri təşkil edilir. Uşaqlar üçün xüsusi əyləncə proqramları keçirilir.

Kitabxananın ən çox ziyarət olunan əsas oxuma zalı gözoxşayan tavanı ilə məşhurdur. Vatikanın Sikstin Kapellasını xatırladan oxuma zalı bu günə qədər yüzlərlə məşhur yazıçı, tarixçi, jurnalist və Nobel laureatlarının araşdırmasına şahidlik edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG