Prezident Donald Tramp respublikaçıların nəzarət etdiyi ABŞ Senatının Kəşfiyyat Komitəsinin Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı oğul Donald Trampı ifadə verməyə çağırmasına təəccübləndiyini bildirib.
Oğul Donald Trampın ifadə verməyə razılaşıb-razılaşmadığı hələlik dəqiqləşməyib.
"Açığı oğlumun görüş haqda heç bir şey bilmədiyini 20 saata yaxın hər kəs qarşısında bildirdikdən və bəraət aldıqdan sonra yenidən ifadə verməyə çağırılması məni çox təəccübləndirdi”- deyə, Donald Tramp bildirib.
Xüsusi prokuror Robert Müllerin təhqiqatında Trampın kampaniyası və Rusiya arasında əlaqəyə dair dəlilin olmadığı haqda nəticə çıxarılsa da, prezidentin ədaləti əngəlləməyə çalışıb-çalışmadığı məsələsi bağlı mühakimə irəli sürülməyib.
Oğul Tramp daha öncə tədqiqatçılara Senatın Ədliyyə Komitəsinə müqavilə haqqında çox az şey bildiyini söyləyib.
Senatın Kəşfiyyat Komitəsi son iki ildə Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsini və Tramp ailəsinin Rusiya ilə əlaqələrini araşdırır. Çağırış xüsusi məsləhətçi Robert Müllerin hesabatının açıqlanmasından sonra hələ də araşdırmaların davam etdiyinə işarədir.