Accessibility links

ABŞ prezidenti Konqresdən mühacirət böhranının həlli üçün 3.7 milyard dollar tələb edib


ABŞ prezidenti Konqresdən Mərkəzi Amerikadan olan minlərlə uşaqla bağlı mühacirət böhranının həlli üçün 3.7 milyard dollar tələb edib.

Nümayəndələr Palatasının spikeri Con Beynerə ünvanladığı məktubda Barak Obama bildirib ki, vəsait havadan kəşfiyyat imkanlarını artırmaqla yanaşı, sərhədlərin mühafizəsinin qorunması, miqrantların səhiyyə xidmətləri və leqallaşma proseslərinə sərf ediləcək.

ABŞ dövlət başçısı Konqresi Daxili Təhlükəsizlik Nazirliyinə əlavə səlahiyyət verilməsinə də çağırıb.

Sabah Texasa səfər etməyi planlaşdıran prezident Obama sərhəd bölgələrə getməyəcək, lakin yerli rəsmilərlə mühacirət böhranı məsələsini müzakirə edəcək.

Texas sərhədlərinə 52 min uşaq toplaşıb. Amerikalıların bəziləri Qvatemala, Honduras və Salvadordan gələn bu uşaqlara görə administarsiyanı günahlandırır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG