Accessibility links

Obama: Universitet tələbələrinin təhsili maliyyələşdirə bilməsi üçün imkanlar artırılmalıdır


ABŞ prezidenti Barak Obama şənbə günü Amerika xalqına müraciətində universitet tələbələrinin təhsili maliyyələşdirə bilmək üçün imkanlarının genişləndirilməsindən danışıb. Prezident Obama deyib ki, tələbələrin ağır maliyyə yükündən azad olması üçün onların təhsil haqqını ödəmək məqsədilə banklardan götürdüyü krediti yenidən maliyyələşdirməsinə imkan verilməlidir.

Cənab Obama tələbələrin təhsili maliyyəşdirməsinə kömək məqsədilə təklif edilmiş qanun layihəsinin təsdiq edilməsini istədiyini bildirib. O, bu yaxınlarda Senatda müzakirəyə çıxarılacaq milyonçular üçün vergi qanunvericiliyində güzəştlərin aradan qaldırılması hesabına tələbə borclarının yenidən maliyyələşdirilməsinin xərclərinin ödənməsini nəzərdə tutan qanun layihəsinə dəstəyini bildirib.

Lakin müzakirəyə çıxarılacaq qanuna etirazlar güclüdür. Prezident Obama deyib ki, “ali təhsilin bu qədər əhəmiyyəti olduğu bir vaxt, o həm də heç vaxt olmadığı qədər bahadır.”

Respublikaçıların həftəlik müraciətində Florida ştatından konqresmen Cef Miller veteranların işi üzrə departamentin nəzarətində olan xəstəxanalardakı problemlərə toxunub. O bu yaxınlarda cəmiyyətdə geniş müzakirə edilən bu problemləri ”departamentin tarixində ən böyük qalmaqal” adlandırıb. Konqresmen Miller Amerika xalqının prezidentin işləri yoluna qoymaq istədiyini bilməli olduğunu deyib.
XS
SM
MD
LG