Accessibility links

Barak Obama: Tramp Amerika seçkilərinin ədalətli olacağına şübhə toxumu səpir


ABŞ prezidenti Donald Trampın seçkilərin saxtalaşdırılacağına dair dediklərinin Amerika seçkilərinin ədalətli olacağına şübhə toxumu səpdiyini bildirib. Barak Obama bildirib ki, deyilənlər ABŞ-da demokratiyaya zərər verməklə yanaşı, ölkənin rəqiblərinin maraqlarına xidmət edir.

“Bu, zarafat mövzüsu deyil“, – deyə ABŞ dövlət başçısı Hillari Klintonun Florida ştatındakı seçkiqabağı kampaniyası zamanı bildirib.

Son debatlar zamanı ABŞ prezidentliyinə respublikaçı namizəd məğlub olduğu təqdirdə seçkilərin nəticələrinin tanınmasına dair suala cavab verməkdən imtina edib.

Tramp artıq bir neçə həftədir ki, seçkilərin Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edir.

Оbama Trampın şərhlərini onun prezidentliyə layiq olmadığına daha bir nümunə adlandırıb.

Deyilənlər ABŞ-da demokratiyaya zərər verməklə yanaşı, ölkənin rəqiblərinin maraqlarına xidmət edir

“Respublikaçıların əksəriyyəti bu nəhəng ölkədə seçkilərin saxtalaşdırılmasının mümkün olmadığını etiraf edib“ - deyə Obama sözünə davam edib.

ABŞ prezidentliyinə namizədlərin debatlardan sonra qatıldıqları şam ziyafətində Tramp Klinton haqda xoşagəlməz ifadələr işlədib.

Tramp deyib ki, Klinton katoliklərə nifrət etdiyini gizlədir.

Nyu-Yorkda illik Alfred Smit Fondunun təşkil etdiyi ziyafətdə Tramp Hillari Klintonun korrupsiyalaşmış olduğunu iddia edib.

Klinton isə respublikaçı rəqibinin qadınların görünüşünə görə qınadığını xatırladıb.

“İnsanlar mühacirlər ölkəsi Amerikanın tarixi simvolu olan Azadlıq Heykəlinə baxıb fəxr edir. Tramp isə heykələ baxıb məşəlin, onun saçlarının itirilmiş hissələrini görür”-deyə Klinton bildirib.

Waldorf-Astoria otelinə toplaşan auditoriya Klintonun dediklərindən dərin ah çəkib.

XS
SM
MD
LG