Accessibility links

Prezident Obama Konqresi iş yerlərinin açılması istiqamətində tədbirlər görməyə çağırıb


Prezident Obama Konqresi yeni iş yerlərinin açılması və iqtisadi artımı təmin etmək kömək edəcək tədbirləri görməyə çağırıb.

Şənbə günü Amerika xalqına həfətlik müraciətində ABŞ prezidenti öz təkliflərini açıqlayıb. Bu təkliflərə ipoteka kreditlərini ödəmək üçün evlərini yenidən maliyyəşləşdirməyə çalışan amerikalılara yardım göstərilməsi daxildir.

Cənab Obama habelə Konqresi xarici ölkələrdə iş yerləri açan şirkətlər üçün vergi imtiyazlarının ləğv edilməsi, bunun əvəzinə ABŞ-ın özündə iş yerləri yaradan kiçik biznes şirkətlərinin vergilərini ixtisar etməyə lağırıb.

Prezident Obama deyib ki, Konqres təmiz enerji mənbələrinin inkişaf etdirilməsi üzərinə işləyən şirkətlər üçün vergi imtiyazlarının müddətini uzatmalıdır. O həmçinin İraq və Əfqanıstanda münaqişələrdən sonra vətənə dönən müharibə verteranlarına yardm göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Respublikaçıların həftəlik müraciətində Cənubi Dakota ştatından respublikaçı nümayəndə Kristi Noem Obama administrasiyasının yeritdiyi siyasətin iş yerlərinin yaradılmasının qarşısını alır.

XS
SM
MD
LG