Accessibility links

Prezident Obama Konqresi zənginlər üçün vergilərin artırılmasına dair qanunu qəbul etməyə çağırır


ABŞ prezidenti Barak Obama varlı amerikalıların gəlirlərinin “ədalətli payından” vergi ödəməli olduqlarını deyib. Həftəlik müraciətində cənab Obama Konqresi bir neçə həftədən sonra səsverməyə çıxarılacaq vergilərə dair “Baffet qanunu” kimi tanınan layihəni təsdiq etməyə çağırıb.

Milyardçı investor Uorren Baffetin adını daşıyan qanunda 1 milyondan artıq gəliri olan vətəndaşlar üçün vergilərin artırılması nəzərdə tutulur. Baffet özü deyib ki, katibəsinin ondan çox vergi ödəməsini ədalətli hesab etmir.

ABŞ prezidenti bildirib ki, orta sinfin gündəlik xərcləri qarşılamaq üçün çətinliklərlə qaşılaşdığı vaxt varlılar üçün vergi güzəştini saxlamaq ədalətsizlik olur.

Respublikaçıların müraciətində Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner Obama administrasiyasının ölkədə neft və qaz hasilatını artırmaq üçün kifayət qədər iş görmədiyindən şikayət edib. O, neft emalı zavodları üçün bu yaxınlarda qoyulmuş məhdudiyyətlərin dayandırılmasına çağırıb. Respublikaçı spiker eyni zamanda, prezident Obamanı yüksək benzin qiymətlərinə görə günahlandırılıb.

XS
SM
MD
LG